Şok yenilik: Laboratoriya şəraitində insan yumurtası əldə edildi

Elm adamları insan yumurtalarını ilk dəfə olaraq laboratoriya şəraitində əldə etməyi bacarıblar.

 

Ailem.az xəbər verir ki, Şotlandiyanın Edinburq Universitetinin tədqiqatçıları qadınlardan alınan yumurta hüceyrələrini ilk dəfə yumurtalıqdan kənarda yarada biliblər.

 

Araşdırma zamanı qadınlardan yetişməmiş yumurta hüceyrələrini alan tədqiqatçılar bu hüceyrələr üçün laboratoriyada oksigen səviyyəsi, hormonlar və proteinlər (zülallar) baxımından insan vücudundakına bənzəyən mühit yaradıblar. Onlar hüceyrələrin döllənmə mərhələsinə qədər olan böyüməsini müşahidə ediblər.

 

Bir neçə il davam edən tədqiqatda alimlər insan yumurtasının necə yarandığını öyrəniblər. Yumurtanın inkişaf prosesi daha əvvəllər belə ayrıntılı şəkildə müşahidə edilməyib.

 

Laboratoriya mühitində yaradılan yumurtaların 10 faizi döllənmə mərhələsinə çatsa da, proses baş verməyib. Alimlər bunun başqa bir araşdırma mövzusu olduğunu qeyd ediblər.

Tədqiqatçılar həmin üsulun xərçəng xəstəliyinə yoluxaraq müalicə alan qız uşaqlarının gələcəkdə ana ola bilmək şanslarını saxlamaq üçün istifadə edilə biləcəyini vurğulayıblar.

 

Qeyd edək ki, xərçəng xəstəliyinin müalicəsi zamanı istifadə olunan radioterapiya, kimyaterapiya bəzən qız uşaqlarında sonsuzluğa səbəb olur.

LENT

17 Fevral 2018
16 Fevral 2018
15 Fevral 2018
14 Fevral 2018
13 Fevral 2018
12 Fevral 2018