Azərbaycanlı müğənni türk ərindən boşandı: “Problemlə üzləşdim…”

“Eurovision” təmsilçilərimizdən olan Dilarə Kazımova ilk dəfə ərindən ayrılma xəbərindən danışıb. 

 

Ailem.az-ın məlumatına görə, müğənni “Klip+”a açıqlamasında rəsmi boşandığını bildirib: “Xasiyyətlərimiz tutmadı. Sevib ailə qurmuşdum. Hər iki insan yaxşı olsa da, problemlə üzləşə bilər. Demirəm, indi eşq axtarıram. Bütün fikrim indi karyeradır”.

 

Dilarə “Soyunmağı sevirsən, yoxsa reklamdır?” sualına belə cavab verib: “Piarın bir hissəsidir”.

 

Qeyd edək ki, D.Kazımova Türkiyə vətəndaşı olan Mərd Aslanla ailə qurub. Cütlük 2016-cı ildə ayrılıb. Dilarə ötən ilin sonunda hələ rəsmi boşanmadıqlarını demişdi.

 

LENT

26 Aprel 2018
25 Aprel 2018
24 Aprel 2018
23 Aprel 2018
21 Aprel 2018