Evdəki ən təhlükəli əşya – BAĞIRSAQ BAKTERİYALARI YAYIR

Mətbəx və hamamda istifadə olunan xovlu dəsmallar ailə üzvləri arasında infeksion xəstəliklərin yayılmasına təkan verən ən təhlükəli əşya hesab olunub.

 

Alimlərin fikrincə, dəsmal bakteriyalar üçün tələdir. Hər dəfə üzü, əlləri sildikdən sonra nəm halda asıldıqda orda bakteriyalar çoxalır. Siz yenidən o dəsmalı istifadə etdikdə o bakteriyalar üzə keçir. Əgər bir dəsmalı bir adam istifadə etsə dərd yarı. Evdə bir dəsmalı hamı istifadə edərsə, təhlükə iki-üç qat artır. 

İnsan müxtəlif yerlərdən əllərinə yığdığı mikrobu suda yaxalayıb, dəsmala silir. Mikrobların əksəriyyəti dəsmala keçir. 

 

Ailem.az medicina.az-a istinadən bildirir ki, Arizona Universitetinin mikrobioloqu Çarlz Gerbin araşdırmasına görə, dəsmalla bağırsaq çöpü, hətta salmonella da ötürülə bilər. Ən təhkükəlisi isə mətbəxdə əl altında olan əski və dəsmallardır. Çarlz təcrübə zamanı götürdüyü dəsmalların 89%-də bağırsaq bakteriyaları aşkar edib.  Dəsmalın üzərindəki bakteriyaların sayı o yuyulana qədər saatbasaat artırdı. Bakteriyalar nəm parçada daha sürətlə çoxalır. 

 

"Təxminən 2 gün asılqanda asılmış dəsmala üzünüzü silsəniz, siz başınızı unitaza saldığınız zaman nə qədər bakteriyaya yoluxacaqdınızsa, o qədər sayda bakteriyaya bulaşarsız”. 

 

Qızılı stafilakok üçün ən qidalı yer nəm dəsmallardır. Bəzi insanlar bu virusun daşıyıcısıdır və onların dərisində bu infeksiya var. Amma onlar bu virusla xəstələnmir. Daşıyıcının üz-gözünü sildiyi dəsmal digər immuniteti zəif insanı bu virusa yoluxdura bilər. 

 

Dəsmalla dəri və bağırsaq infeksiyalarına yoluxma daha çox salonlarda, idman klublarında, bir-birinə şəxsi gigiyena əşyalarını verənlər arasında yayılıb. 

Los-Anceles kollecinin futbol komandasında yayılan  infeksiya məsələsindən sonra məlum oldu ki, onlar eyni dəsmaldan istifadə edirdi. 

 

Əgər insanın üzündə, əlində kəsik, yara, cızıq varsa, mikroçatlar vasitəsilə dərinin daha dərin qatlarına infeksiya, mikrob düşə bilər. Bunlar isə ağır antibiotik müalicəsi ilə sağalır. 

 

Bu kimi problemdən qorunma yolu öz dəsmalının olması, onu heç kimə verməmək və dəsmalları gündəlik yumaqdır. Xüsusən dəsmalları qaynar suda yumaq lazımdır. 

 

Mətbəxdə isə birdəfəlik dəsmallardan, salfetlərdən istifadə məsləhətdir. 

 

 

LENT

17 Fevral 2018
16 Fevral 2018
15 Fevral 2018
14 Fevral 2018
13 Fevral 2018
12 Fevral 2018