Babasildən qurtulmaq üçün MÖCÜZƏVİ MEYVƏ

Nar qışda çox istifadə olunan və sağlamlığımıza olduqca faydalı bir meyvədir. Narın özündən çəyirdəyinə, hətta qabığına qədər sağlamlığımıza bir çox sahədə faydası var. Ailem.az bu mükəmməl meyvənin saymaqla qurtarmayan faydaları barədə məlumat verir.

 

Babasilin müalicəsində istifadə edilir

 

Cəmiyyətdə ən çox yayılmış sağlamlıq problemlərindən biri də babasildir. Bu xəstəlik gündəlik həyatda insanları çox narahat edir. Yarım litr suya bir ovuc atılaraq saxlanan nar qabığı suyunun bu xəstəliyə şəfa olduğu bildirilir.

 

Həzm sisteminə faydası var

 

Gündə bir ədəd mövsümündə yeyilən nar həzm sistemi xəstəliklərinə kömək edir.

 

Yanıqlarda müalicə məqsədi ilə istifadə olunur

 

Nar qabığı püresinin yanıqlar üzərində müalicəvi təsiri olduğu bilinir. Qabığı döyülərək yaranın üzərinə qoyulan nar sağalma müddətini sürətləndirir. Yara üzərində olan mikrobları yox edir.

 

Xərçəngdən qoruyur

 

Aparılan araşdırmalar nəticəsində narın xərçəng hüceyrələrinin yayılma sürətini azaltdığı ortaya çıxıb. Eyni zamanda xərçəng hüceyrələrinə öldürücü təsir göstərmə özəlliyi də olduğu bilinməkdədir.

 

Qandaki mikrobları təmizləyir

 

Narın tərkibində olan antioksidantların qan təmizləyici təsiri var.

 

Narın meyvələri ilə bərabər çəyirdəyinin də sağlamlıq üzərində bir çox müsbət təsiri mövcuddur.

 

Pnevmoniyanı sağaldır

 

Narin faydaları arasında pnevmaniyanı da müalicəedici təsiri olduğu söylənir. Nar immuniteti sürətli şəkildə gücləndirdiyindən pnevmaniya olan xəstələrə də məsləhət görülür.

 

Ürəkgetmələrə qarşı nar suyu

 

Narın təzyiqi normallaşdırıcı təsiri ilə bərabər ürəyi gedən bir şəxsə içirilən nar suyunun ayıldıcı təsiri olduğu bilinir.

 

Nar çiçəyinin də sağlığa inanılmaz müsbət təsiri

 

İshalın qarşısını alır və müalicə edici özəlliyi var. Nar çiçəyinin dəri üzərində də bir çox təsiri mövcuddur. Nar çiçəyi ölü hüceyrələrin təzələnməsini və canlanmasına şərait yaradır.

Qrip və öskürək kimi infeksion xəstəliklərdə nar çiçəyinin nəfəs açıcı təsiri olduğu bilinir.

 

Ağız və diş əti xəstəliklərinə faydası

 

Nar çəyirdəyi suyu qarqara edilərsə, ağız və diş əti xəstəliklərinə qarşı qoruma yaradır.

 

Nar çiçəyi suyunun bağırsaq qurdlarına öldürücü təsiri var.

 


 

LENT

17 Fevral 2018
16 Fevral 2018
15 Fevral 2018
14 Fevral 2018
13 Fevral 2018
12 Fevral 2018