11 yaşlı uşağın qaraciyərindən uşaq üçün nəhəng hesab edilən qurd kistası çıxarılıb.
Bununla bağlı Ailem.az-a məlumat verən uroloq cərrah Fuad Hüseynov bildirir ki, buna səbəb uşağın ev heyvanları ilə təmasda olması olub: “Qarnında ağrılar, halsızlıq, ürəkbulanma şikayətləri olan 11 yaşlı oğlanda aparılan müayinələr nəticəsində məlum oldu ki, qaraciyərində təqribən 11-12 sm ölçüdə qurd kistası (exinokokk) mövcuddur. Dərman müalicəsindən sonra cərrahi əməliyyat planlaşdırıldı. Qaraciyərin 7-8 seqmentində diafraqmaya yapışıq yerləşən uşaq üçün nəhəng hesab edilən kista texniki cərrahi çətinliklərlə ləğv edildi”.
F. Hüseynov bildirir ki, uğurlu əməliyyatdan 3 gün sonra uşaq tam sağlam şəkildə dərman müalicəsinə davam etmək şərti ilə evə yola salınıb.