Əbədi sevgi varmı? - 4 ildən sonra...

Meksika alimləri bu suala cavab tapmaq üçün xüsusi araşdırma aparıblar.

Eksperiment zamanı məlum olub ki, əbədi sevgi yoxdur. Təxminən 4 ildən sonra, hətta ən böyük sevgi tədricən azalır və bir çox hallarda dostluq, hörmət, bağlılıq kimi hisslərlə əvəz olunur.

Ailem.az saglamolun.az-a istinadən xəbər verir ki, alimlər bunu insan beynində gedən kimyəvi reaksiyalarla əlaqələndirir.

 

Sevgi yarananda insan beynində adrenalin, dofamin kimi maddələrin ifrazı kəskin şəkildə artır ki, nəticədə insan öz sevgi obyekti haqqında daim fikirləşir, onun yanında olmaq istəyir, onun mənfi cəhətlərinə, səhvlərinə göz yumur və s. Daha sonra beyində xoşbəxtlik hormonların ifrazı tədricən azalır ki, romantik "kor" sevgi də azalmağa başlayır. Lakin bu o demək deyil ki, sevgi tam ölür. Bir çox insanlarda romantik sevgi daha etibarlı formaya - bağlılığa, doğmalığa keçir.    

 

 

LENT

17 Fevral 2018
16 Fevral 2018
15 Fevral 2018
14 Fevral 2018
13 Fevral 2018
12 Fevral 2018