Bu paltarları bədən ölçüsündən kiçik alın - SİYAHI

Bəzən öz ölçümüzə uyğun paltar alsaq da, bir dəfə yuyandan sonra ya əynimizə kiçilir, ya da sallanmağa başlayır. Bəs paltar alarkən necə seçim etməliyik? Ailem.az bədən ölçüsündən kiçik və ya böyük almalı olduğumuz paltarların siyahısını verir.

 

Tişört

 

Tişörtlərin böyük əksəriyyəti pambıqdan hazırlandığı üçün qurutma əsnasında 20 faiz kiçilirlər. Ona görə bədən ölçünüzdən böyük tişört almalısınız.

 

Köynək

 

Köynəklərdə kiçilmə tişörtlərə nisbətən daha azdır. Ancaq yenə də haradan kiçiləcəyini təxmin etmək olmur. Yaxa, qol, yoxsa çiyinlər...

 

Yun jaket

 

Yun jaketlər hər yumada kiçilir. Buna görə də jaket alarkən bir ölçü böyük almaqda fayda var.

 

Corablar

 

Corabların böyük əksəriyyəti pambıqdır. Buna görə yuma əsnasında kiçilə bilər.

 

Yay paltarları

 

Yay fəslində uçuşaraq geyilən paltarlar yuyulduqdan sonra ilk günki görünüşünü itirir. Paltarlarınızı əllə yuya, ya da bir ölçü böyüyünü seçə bilərsiniz.

 

Nəyi bədən ölçümdən kiçik almalıyam?

 

Cins şalvar

 

Cins şalvarlar daim hava keçirirlər. Cins şalvarların çoxu laykralı parçadan hazırlandığı üçün müddət sonra genişlənir.

 

Tayt

 

Taytlarda 5 faiz belə elastin varsa, parçanı genişləndirər. Buna görə kiçik ölçü alaraq, taytların istifadə müddətini uzada bilərsiniz.

 

Poliester jaket

 

Gün ərzində əyninizdə olan bu jaketlər genişlənə bilər və pinti bir görünüş ortaya çıxar.

 

Kapron corab

 

Bir-iki dəfə yuyulduqdan sonra dizlərdə və topuqlarda yığılmalar olacaq. Bu görünüş heç bir qadının xoşuna gəlməz. Buna görə bədən ölçünüzdən bir nömrə kiçik alın.

 

LENT

04 May 2018
03 May 2018
02 May 2018
01 May 2018
30 Aprel 2018
28 Aprel 2018