Yenota bənzər heyvan: Koati azərbaycanlı fotoqrafın gözü ilə - FOTO

Azərbaycanlı fotoqraf Arif Ələkbər Kosta-Rikada koatilərin şəklini çəkib. Ailem.az-ın həmin fotoları və fotoqrafın bu heyvan haqqında qeydlərini təqdim edir.

 

- Uzun burnu, yenotdakı kimi iri olmayan göz və bədəni - bu, koatidir. Rusca “носуха” deyirlər. Mərkəzi və Cənubi Amerikanın tropiklərində məskən salıb.

 

- Yenotların ən yaxın qohum-əqrəbalarındandılar. Öz qohumlarından fərqləndirən cəhəti uzun burnudur.

 

- 10-20 fərddən (bəzən hətta 40) ibarət ailə şəklində yaşayırlar. 

 

- Nə gəldi yeyirlər. Menyularında ət olanda özlərini lap xoşbəxt hiss edirlər. Arabir fermerlərdən cücə də oğurlayıb yeyirlər.

 

- Müxtəlif səslərdən (xorultu, qışqırıq, inildəmə, civilti) istifadə edirlər. Təhlükə duyunca dişi fərdlər hürə də bilirlər.

 

- Kiçik və güclü ayaqlarının hesabına ağaclarda çox rahat var-gəl edirlər. Elə yuvalarını da ağacda qururlar.

 

- Ölçüləri 73-136 sm-dək olur. Quyruğu 32-69 sm-dir.

 

- Ağaca yaxşı dırmaşmaqlarından əlavə, həm də üzgüçülük məharətləri var. Yerdə tələsmədən hərəkət edirlər. Bəzən tullana-tullana da gedirlər. 

 

- 2 yaşına çatan erkəklər sürüdən didərgin salınırlar. Həddi-buluğa çatanda dişilərdən ibarət sürüyə müvəqqəti qəbul edilirlər.

 

- 2-6 balaları olur. Doğulanda tüksüz, cəmi 75-80 qram olurlar. 24 gündən sonra artıq ətrafda baş verənləri seçə bilirlər.

 

- Vəhşi təbiətdə 7-8 il yaşayırlar. İnsanların himayəsi altında isə 20 ilədək.

 

- 30-dək növləri var.

LENT

04 May 2018
03 May 2018
02 May 2018
01 May 2018
30 Aprel 2018
28 Aprel 2018