Nura Suri: "Oğullarım ikinci ərimi, o da övladlarımı qəbul etmədi"

ARB Ulduz-un “Virtual həyat” verlişinin növbəti qonağı müğənni Nura Suri olub
 

Ailem.az axşam.az-a istinadən xəbər verir ki, müğənni şəxsi həyatı ilə bağlı bir çox qaranlıq qalan məslələrə aydınlıq gətirib: “Əgər həyatımda kimsə olsa, mən onu niyə gizlədim ki? Onu adları qız olan insanlar gizlətsinlər ki, hələ ərə getməyiblər, ailə qurmayıblar.

Mən çalışıram ki, fərqli həyat tərzi sürüm. Mən bilmirəm ki, hamı niyə görə fikirləşir ki, bir qadının həyatında kimsə olmalıdır. Qadının həyatında kimsə olması üçün qadın onu sevməlidir. Sevgi isə elə bir şeydir ki, o, mənim əlimdə deyil”. 
 

Nura oğlunun atası ilə yaşıya bilməmə səbəbini açıqlayıb: “Mən oğlum Davidin atası ilə niyə gedib yaşaya bilmədim. Ona görə ki, mənim böyük övladlarım onu qəbul etmədilər. Üstəlik, o, Azərbaycanda yaşamırdı və böyük övladlarımı qəbul etmək istəmirdi. Bu insan məni ancaq öz övladı ilə qəbul edib. Amma mənim o biri övladlarımı qəbul etmirdi. İstəməmişəm ki, onlar nəyə görəsə özlərini pis hiss etsinlər və evdə ögey ata olsun. Demirəm ki, buna pis baxıram, sadəcə mən bunu qəbul edə bilmirəm. İstəmirəm ki, övlarlarım o cür böyüsün”. 

LENT

04 May 2018
03 May 2018
02 May 2018
01 May 2018
30 Aprel 2018
28 Aprel 2018