Rahat yatmaq istəyirsinizsə, bu yataq dəstindən istifadə edin

Demək olar ki, əvvəllər evdə daha çox ağ yataq dəstlərindən istifadə etsək də, son illər rəngli yataq dəstlərinə daha çox üstünlük veririk. Amma əksər otellərdə, tətil məkanlarında hələ də ağ yataq dəstlərindən istifadə edilir. Bəs bunun səbəbi nədir? Ailem.az bununla bağlı maraqlı məlumatları diqqətinizə çatdırır. 

Bildirilir ki, ağ yataq dəstlərini yumaq daha asan, dəriniz və yuxu keyfiyyətiniz üçün daha faydalıdır. Bəzi mütəxəssislər bu teoremin olduqca köhnəldiyini düşünsə də, digərləri ağ yataq dəstlərindən istifadənin faydalı olacağını düşünürlər.

 

Ağ və təmiz yataq örtüklərinin yuxu keyfiyyətini artırdığı ilə bağlı heç bir sübut yoxdur. Lakin təmiz hiss etdirdiyi, xoşbəxt xatirələr və gözəl duyğular oyandırdığı düşünülərək, otellərdə adətən ağ yataq dəstləri istifadə olunur.

 

Sizi otağınızda rahat hiss etdirən hər şey yuxu sisteminin də daha rahat və gözəl olmasını təmin edir. Bu səbəblə əgər ağ yataq dəstləri sizə təmizlik duyğusu ilə birlikdə rahatlıq verirsə, özünüzü daha rahat hiss edəcəksiniz və yuxu sisteminiz düzələcək. Ancaq eyni duyğuları sizə xoş gələn fərqli dəstlərlə də hiss edə bilərsiniz.  

 

 

Ağ yataq dəsti dərinizi gözəlləşdirərmi?

 

 

Bəzi araşdırmaçılar ağ yataq dəstinin dəri üçün faydalı olduğunu, sızanaq və məsamə problemləri ilə savaşdığını söyləyirlər. Bu araşdırmaçıların fikrinə görə, ağ yataq dəstləri dərinizi birbaşa gözəlləşdirmək üçün təsir etməz. Yuxu sisteminizi keyfiyyətli bir hala gətirdiyi üçün dərinizə kömək edər.

 

Ağ yataq dəstləri daha asan kirlənəcəyi üçün onlar daha tez-tez yuyulur. Buna görə yuyulan təmiz dəstlər dəri üçün zərərli mikrobları azaldır. 


Gününüzün yarısını üzərində keçirdiyiniz yataq dəstləri üçün mikrob öldürücü, keyfiyyətli yuyucu vasitələr istifadə etməyə diqqət edin. Bu sayədə sadəcə ağ yataq örtükləri deyil, rəngliləri də dərinizə problem yaratmayacaq.

 

LENT

04 May 2018
03 May 2018
02 May 2018
01 May 2018
30 Aprel 2018
28 Aprel 2018