Ürək fiqurlu peçenyenin HAZIRLANMA QAYDASI

Bəzən sevdiklərimiz üçün hansısa xoş bir sürpriz etmək istəyirik. Kiçik də olsa, onlara öz sevgimizi bildirmək istəyirik. Ailem.az bu dəfə sizə ürək fiqurlu peçenyenin hazırlanma qaydasını təqdim edir.

 

Ərzaqlar:

 

4 stəkan un

250 qr marqarin

1 ədəd yumurta

1 çay qaşığı qabartma tozu

1 paket vanil

1 stəkan pudra şəkəri

Qırmızı qida boyası 

 

Hazırlanması:

 

Bütün ərzaqları qarışdıraraq xəmir yoğurun. Daha sonra içinə istədiyiniz rəngdən qataraq bir daha yoğurun. Xəmiri kündələyib barmaq qalınlığında yayın. Ürək fiqurlu peçenye kəsənlə onlara şəkil verin. 

Peçenyeləri soba qabına düzün və 120 dərəcədə 25 dəqiqə bişirin.

 

Nuş olsun!

 

 

LENT

04 May 2018
03 May 2018
02 May 2018
01 May 2018
30 Aprel 2018
28 Aprel 2018