Həftədə üç dəfə yoqa ilə məşğul olsanız... – HAMİLƏLƏRİN NƏZƏRİNƏ

Yoqa ilə məşğul olmaq insanlar arasında geniş yayılıb. Son zamanlar isə hamilələr də yoqa ilə məşğul olurlar. Mütəxəssislər yoqanın hamilələrin və doğulacaq uşağın sağlamlığı üçün olduqca faydalı olduğunu bildirirlər. Ailem.az qadın xəstəlikləri və doğum üzrə türkiyəli mütəxəssis Murat Nakinin hamilə yoqası haqqında maraqlı məlumatlarını diqqətinizə çatdırır.

 

Yoqa hamiləlik dövrünü daha rahat keçirmək, nəfəs və yoqa çalışmaları ilə beli və onurğanı dəstəkləmək, bulantı, qıcolma və gərginlikləri yüngülləşdirmək, bədəni doğuşa hazırlamaq üzrə tətbiq edilən professional çalışmalardır. 
 

Hamilə yoqası yalnız spontan vaginal doğuşa hazırlaşanlar üçün deyil, uşaq gözləyən hər qadın üçün faydalıdır.

 

Qadının fiziki və psixoloji halı dəyərləndirilərək, həkim məsləhəti ilə 14-15-ci həftələrdə gələcək analar hamilə yoqası ilə məşğul ola bilərlər.

 

Yoqa ideal bədən duruşunun təmin edilməsi, dərin nəfəs, əl hərəkətləri, təmizlənmə-rahatlama məşqləri, meditasiya texnikaları ilə hamiləlik əsnasında bir çox şikayətlər və problemlərin aradan qaldırılmasında yardımçı bir üsuldur.

 

Yoqa ilə məşğul olan hamilələrdə yuxu problemlərinin azaldığı və bu hamilələrin gecə daha az oyandığı müşahidə edilib. Həmçinin bu hamilələrin stress faktorları ilə daha asan mübarizə apardığı, yemə alışqanlıqları və çəki nəzarəti daha yaxşı olduğu müəyyənləşib.

 

Yoqa bədən duruşunun düzəlməsi, doğuş sırasında aktiv rolu olan bel, qarın və pelvik əzələlərin qüvvətinin artırılması və zamanı gəldikdə rahatlamasına kömək edən dərmansız köməkdir.

 

Aparılan araşdırmalarda həftədə üç dəfə bir saat, xüsusilə doğuşa yaxın 12 həftəlik dövrdə edilən yoqa ilə doğuş ağrısını azaldığı və doğuş zamanını qısaltdığı ortaya qoyulub.

 

 

 

LENT

04 May 2018
03 May 2018
02 May 2018
01 May 2018
30 Aprel 2018
28 Aprel 2018