Saç tökülməsi və ağarmasının qarşısını alan təbii bitkilər - SİZ DƏ SINAYIN

Ailem.az modern.az-a istinadən saç tökülməsi və ağarmasının, bezdirici kəpəyin qarşısını alan təbii bitkilərin qısa siyahısını təqdim edir. Həmin bitkilərdən göstərilən qaydada faydalanmaqla adıçəkilən problemlərdən qurtulmaq olar:

 

1. Çinar ağacının yarpaqları ilə çay dəmləyib saçları yumaq kəpəkləri yox edir və saçları canlandırır;

 

2. Böyürtkənin yarpaq və mcyvələrindən çay hazırlayıb (qaynatmaqla) saçları yuduqda onlar daha da canlanır və dibləri möhkəmlənir;

 

3. Qayınağacı bitkisinin yarpaq və cavan zoğlarmı qaynadıb saçları yumaq codlaşmanın qarşısını alıb, kəpəyi yox edir;

 

4. Qatırquyruğunu qaynadıb, saçlarınızı yusanız,  onlar daha da möhkəmlənib, qaralar;

 

5. Gicitkən çayı tükləri hamar və parlaq edir;

 

6. Kəklikotunu qaynadıb saçları yuduqda tüklər yumşaq olur və parlaqlaşır;

 

7. Çobanyastığı çayı saçları canlandırır və yumşaq edir;

 

8. Vəzəri bitkisi kəpəyi yox edir, saç tökülməsini dayandırır.

 

Bunları da etmək faydalıdır:

 

Qatırquyruğu, istiot nanəsi və palıd ağacının (hərəsindən 30 q) qabığını qatışdırırıq. Daha sonra onları, 1.0 litr suyla qaynadırıq. Qabın qapağını örtüb, ilıq olduqdan sonra istifadə edirik.

 

Üç şalğama oxşar soğan və sarımsaq götürürük (hərəsindən 2 baş). Soğan və sarımsaq sıyığını tənzif vasitəsi ilə sıxıb, şirəsini çıxardırıq. Saçları iki yerə bölürük və onlara sarımsaq-soğan mayesini sürtürük. Başımızı 2 saatlıq dəsmalla bağlayırıq.

 

Soğan qabığı və palıd ağacının qabığından hazırlanan həlim, saçların tökülməsinə imkan verməyəcək və onlara parlaqlıq verəcək. Hazırlamaq üçün soğan və palıd ağacı (hərəsindən 100 q) qabığından eyni miqdarda götürürük. 1 litr qaynar su əlavə edib zəif odda təxminən 1 saat saxlayırıq. Hazır olan qatışığı soyuduruq və istifadə edirik.

 

LENT

04 May 2018
03 May 2018
02 May 2018
01 May 2018
30 Aprel 2018
28 Aprel 2018