Səidə Sultan sevgilisindən ayrıldı: "...Allah lənət eləsin"

“Hər şeyimi verdim. Sevgi üçün heç bir qızın və oğlanın etmədiyini etdim”.

 

Ailem.az-ın axşam.az-a istinadən məlumatına görə, bu sözləri müğənni Səidə Sultan "ATV maqazin onlarla" verilişinə açıqlamasında deyib. 
 

Səidə yaşadığı ayrılıqdan danışıb. O bildirib ki, uzun illər sevgi yaşadığı şəxs onu atıb: “Dedim ki, get, amma mən yaxşı oğlana ərə gedəcəm və bunu sübut edəcəm. Mənim də bir bezən vaxtım oldu və “sağ ol” dedim. Mən pisəm... Arxasıyca düşüb ağlamayacaqdım ki. Sevirsən, ətrafı başlayır ki, yaxşı oğlandı, niyə Səidəyə qismət olsun? Gəlin bunu ayıraq. Niyə edirsən? Sənin qızın da böyüyür. İllərlə davam edən münasibətim var idi. O sevgini göstərib, sonra cılızlaşan insan qabağıma çıxdı. Ətrafına görə sevgisi dəyişdi. O ətrafa Allah lənət eləsin. 

Mən sevgidən ötrü canımı da verərəm, ölərəm, "of" da demərəm. Ər xatirinə ərə getmərəm. Getsəm, yaxşı oğlana gedəcəm. Getməsəm də, qalacam. Qadını yaxşı edən də, pis yola salan da kişidir. Qadın xoşbəxtdirsə, bunu edən kişidir”.

 

LENT

04 May 2018
03 May 2018
02 May 2018
01 May 2018
30 Aprel 2018
28 Aprel 2018