Uşaqlarınıza xəmirdən plastilin hazırlayın - RESEPT

Uşaqlar çox maraqlı olurlar və hər bir şeyi ağızlarına apararaq kəşf etməyi sevirlər. Xüsusilə də plastilinlə oynayan zaman valideynlər bu halla çox qarşılaşırlar və narahat olurlar. Amma Ailem.az-ın verəcəyi bu resept sayəsində azyaşlı uşaqlarınız plastilini  ağızlarına aparsalar, belə narahat olmayacaqsınız. Çünki plastilin təbii xəmirlə hazırlanacaq.

 

Lazım olanlar: 

 

1 xörək qaşığı qaymaq

3-4 stəkan qənnadı tozu (şəkər pudrası)

İstəyə görə qida boyası

Yarım fincan yumşaq duzsuz kərə yağı

1 çay qaşığı qaşığı vanil

 

Hazırlanması:

 

Əvvəlcə kərə yağı və qaymağı təmiz bir qabın içində qarışdırın. Daha sonra içərisinə qənnadı tozunu əlavə edərək, ələ yapışmayan hala gələnə qədər yoğurun. Son olaraq da vanili əlavə edin. Xəmirlərin rəngli olması üçün dilədiyiniz rəngdə qida boyası istifadə edə bilərsiniz.

 

 

LENT

04 May 2018
03 May 2018
02 May 2018
01 May 2018
30 Aprel 2018
28 Aprel 2018