Dinozavrların dövründən qalmış heyvan: kosmosda da yaşaya bilər

Son olaraq Yaponiyada yeni cinsləri kəşf edilən su ayıları sadəcə 300-700 mikrometr boyundadır. Bədəni tırtıla bənzəyən, amma səkkiz ayağı olan su ayılarının ağızları O hərfi şəklindədir. Ailem.az bu qeyri-adi heyvan haqqında inanılmaz faktları açıqlayır.

 

Adətən suda, ya da yosunların üzərində yaşayan su ayılarının əsas qida qaynağı isə özlərindən də kiçik, rotifer olaraq adlandırılan mikro orqanizmlərdir.

 

Nə qədər dözümlüdürlər?

 

Su ayılarının təxminən 100 milyon ildir yaşadığı düşünülür. Elm adamları 150 dərəcə istiliyə və 272 dərəcə soyuğa dayana bilən su ayılarının kosmosda da həyatda qala biləcəyini söyləyir. Almaniyanın Stuttqart Universitetində işləyən mikrobioloq Ralph Schill onlar ahqqında "Dinozavrların ortaya çıxmasına və yox olmasına şahidlik etmiş bir canlı növündən bəhs edirik”, - deyir.

 

2007-ci ildə Avropa Kosmos Araşdırmaları Agentliyi bir sürü mikro canlını alçaq orbitə göndərərək, müşahidə edib. Susuz qalsalar da, günlərlə yaşamağa davam edən su ayıları atmosferin xaricində 12 gün boyunca həyatda qala biliblər.

 

Su ayısının bir digər özəlliyi isə radiasiyaya qarşı dayanıqlılığıdır. Çox sayda canlını qısa zaman içərisində öldürə biləcək olan yüksək radiasiyaya dözə biləcək su ayılarının, bütün  dünyanı məhv edə biləcək böyük kosmik fəlakətlərdən belə, sağ çıxa biləcəyi deyilir.

 

“Scientific Reports” elmi araşdırmalar jurnalında yer alan məqalədə, su ayılarının qamma şüası partlaması, böyük bir asteroid toqquşması və ulduz partlamalarına dayana biləcəyi bildirilir.

LENT

23 Aprel 2018
21 Aprel 2018
20 Aprel 2018
19 Aprel 2018
18 Aprel 2018
17 Aprel 2018