Limon, duz və istiotla ağrılardan qurtulun – SADƏ ÜSUL

Duz, istiot və limonu sadəcə salatlarda deyil, müxtəlif xəstəliklərə də şəfa vermək məqsədi ilə istifadə edə bilərsiniz. Ailem.az duz, istiot və limonun faydalı olduğu xəstəliklər barədə məlumat verir.

 

Boğaz ağrısı



Bir stəkan təzə sıxılmış limon suyunun içərisinə yarım çay qaşığı istiot və 1 çay qaşığı dəniz duzu əlavə edin. Bu qarışımla hər gün qarqara edin. Boğaz ağrısının getdiyini görəcəksiniz.

 

Tıxamış burun

 

Asqıraraq burun tıxanıqlığınızı apara bilərsiniz. İstiot, darçın və zəncəfil toxumlarını bərabər miqdarda qarışdırın. Qarışımı yavaş-yavaş iyləyin. Asqırdığınızda burun tıxanıqlığınız da keçəcək.

 

Mədə bulanması

 

Yarım limonun üzərinə bir az istiot və duz töküb yeyin. Mədə bulanmanızın dərhal keçdiyini görəcəksiniz.

 

Diş ağrısı



Yarım çay qaşığı istiot və mixək yağını qarışdırın. Qarışımı dişinizdə ağrı olan yerə vurun. Ağrının qısa zamanda azaldığını görəcəksiniz.
 

 

LENT

04 May 2018
03 May 2018
02 May 2018
01 May 2018
30 Aprel 2018
28 Aprel 2018