İnternetdən baxıb öyrəndi, sonra da uşağını dünyaya gətirdi

8 aylıq hamilə olan amerikalı bir qadın keçmiş zamanlarda olduğu kimi təkbaşına uşaq dünyaya gətirib. YouTube-dakı videoları izləyərək körpənin göbək bağını kəsib. İstanbuldakı otellərdən birində, axşam saatlarında uşaq dünyaya gətirən amerikalı ana və uşağına daha sonradan Atatürk aeroportunda çalışan işçilər yardım edib.

 

Ananın kağız dəsmala bürünmüş bir körpə ilə uşaqlara qulluq otağına girdiyini görən aeroport işçiləri anaya yardımçı olmaq və körpəsinin baxımını etmək üçün səfərbər olub. Körpəyə Xavier adı ilə yanaşı, Ata adı da verilib. 

 

22 yaşındaki Tai Freeman körpəsini qucağına alaraq Atatürk aeroportunda jurnalistlərə açıqlama verib. Deyib ki, Atlantadan Stutqarta getmək üçün İstanbula gəlib və istirahət etmək üçün bir otelə yerləşib: “Bundan öncəki gecə dünyaya gəlib. İndi də geri getməyə çalışırdıq. Özümü yaxşı hiss edirəm. İstanbulda endim. Almaniyaya gedəcəkdim. Otelə yerləşdim, sonra sürpriz bir şəkildə doğum gerçəkləşdi. Çox sürətli bir şəkildə oldu. Xəstəxanaya gedə bilmədim. Uşağın atası Atlantadadır. Almaniyaya dostlarıma baş çəkməyə gedirdim”.

 

Aeroport işçiləri və gənc ana uşaqla birlikdə jurnalistlərə poza verib. Tia Freeman və körpəsi Xavier Ata bəzi sənədləşmə işləri üçün ABŞ-ın İstanbuldakı konsulluğuna aparılıb. Otelə yerləşdiriləcək ana və körpə qanunlara uyğun olaraq 48 saat İstanbulda qalıb, sağlamlıq nəzarətindən sonra Stutqarta uça biləcək. (musavat.com)

 

LENT

04 May 2018
03 May 2018
02 May 2018
01 May 2018
30 Aprel 2018
28 Aprel 2018