20 günlük körpənin yumurtalığında nəhəng kista – İNANILMAZ OLAY

20 günlük, 3 kiloqram çəkisi olan qız uşağının yumurtalığında nəhəng ölçülü kista aşkarlanıb.

 

Bununla bağlı Ailem.az-a məlumat verən uroloq cərrah Fuad Hüseynov bildirir ki, hələ bətndaxili dövrdə çəkilmiş USM müayinəsində qarın boşluğunda böyük ölçülü törəmə (şiş) görülüb. Körpə doğulandan sonra isə valideynləri təşvişlə onlara müraciət edib: “Aparılan müayinələr nəticəsində məlum oldu ki, körpənin sol yumurtalığında təqribən 10-12 sm ölçüdə kista mövcuddur. Gözləmək təhlükəli idi, çünki nəhəng ölçülü kista uşağın yumurtalığını buraraq yumurtalığını itirməsinə səbəb ola bilərdi. Uşağın yaşını, anesteziya risklərini, kistanın böyüklüyünü, həm də ailənin istəyini nəzərə alaraq, açıq cərrahi əməliyyat qərarı verildi”.

 

F. Hüseynov söyləyir ki, cərrahi əməliyyat zamanı kistanın içərisindən təqribən 100-150 ml maye boşaldılıb, yumurtalıq qorunaraq kista çıxarılıb. Körpə hazırda evdədir və bütün təhlükəli vəziyyətləri geridə qoyub.

 

 

LENT

04 May 2018
03 May 2018
02 May 2018
01 May 2018
30 Aprel 2018
28 Aprel 2018