Özcan Deniz hamilə sevgilisilə GİZLİN EVLƏNDİ

Məşhur türk müğənnisi Özcan Deniz sevgilisi Feyza Aktan ilə gizlicə evlənib.

 

Ailem.az Türkiyə mediasına istinadən xəbər verir ki, toy 8 martda tarixində Özcanın Zəkəriyyəköydəki villasında baş tutub. Cütlüyün nikahına 15 nəfər qatılıb. Nikah şahidləri isə ailə dostları olub. F. Aktan gəlinlik əvəzinə ağ bir paltar geyinib.

 

Cütlük bal ayına çıxmayacaq. Özcan Denizin baş rolda oynadığı “İstanbullu gəlin” serialı iyunda olacaq finalından sonra az adamın iştirak edəcəyi bir toy mərasimi edəcək. Onlar bal ayına oğulları Kuzeylə birlikdə getməyi planlaşdırırlar.

 

Qeyd edək ki, F. Aktanın 25 yaşı var və o, 7 aylıq hamilədir. Onlar dünyaya gələcək oğullarının adının da Kuzey olacağını bildiriblər.

 

 

 

LENT

04 May 2018
03 May 2018
02 May 2018
01 May 2018
30 Aprel 2018
28 Aprel 2018