Uşaq vaxtı lağ edirdilər, indi isə... - BƏNZƏRSİZ MODELLƏR

Hazırda hər kəsin həyatında əhəmiyyətli bir yer tutan sosial media hər keçən gün həyatımıza daha da təsir edir. Dünyanın fərqli yerlərində müxtəlif özəlliklərə sahib olan insanlar qeyri-adi və cazibədar görünüşləri ilə diqqət çəkir. Ailem.az qeyri-adi gözəllikləri ilə sosial mediada böyük əks-səda doğuran fenomenlərdən bəzilərini təqdim edir.

 

Anok Yai


Tünd dəri rənginə sahib olan model qatıldığı məktəb festivalında bir fotoqrafın obyektivinə tuş gələrək kəşf edilib. Fotoları sosial mediada yayımlandıqdan sonra model agentlikləri Anok Yainin arxasınca düşür.

 

Dəri rəngi və özünə məxsus qıvırcıq saçları ilə diqqət çəkən 19 yaşlı gənc qızın instagramdakı izləyici sayı qısa zamanda təxminən 60 minə çıxıb. Eyni zamanda modelin dünyanın dörd bir yanından yüz minlərlə heyranı var.

 

Julia Vins

 

İnstaqram fenomenlərindən biri - izləyicilərinin “Əzələli Barbi” deyə xitab etdiyi Julia Vins.


20 yaşlı rus idmançı, körpələri xatırladan üz xətləri və bununla təzad yaradan əzələli qol və ayaqları ilə qısa zamanda bir fenomenə çevrilib. 120 kiloqramlıq ştanqı qaldıran Vins, instaqramda qısa zamanda təxminən 450 min izləyici qazanıb.

 

Tsunaina

 


Tibetli bir model olan Tsunaina Londonda moda həftəsi açılışında hamını özünə heyran edib. Tayı-bərabəri olmayan bir görünüşə sahib olan model beynəlxalq məşhurluğa qovuşub.

 

 

Khoudia Diop



Afrikanın ən məşhur modeli Khoudia Diop uşaqkən lağ edilməsinə səbəb olan qap-qara dərisi sayəsində “Melanin ilahəsi” olaraq tanındı. Təxminən 400 min izləyicisi olan Seneqallı 19 yaşlı Diop "Daily Mail" qəzetinə verdiyi müsahibədə “Yeniyetməlik dövrümdə dəri rəngimə görə çox ağladıldım”, - deyib.

 

 

LENT

04 May 2018
03 May 2018
02 May 2018
01 May 2018
30 Aprel 2018
28 Aprel 2018