Bayram süfrəsinin ən ləziz şirniyyatı – PAXLAVA

Bayram süfrələrinin ən ləzzətli şirniyyatı heç şübhəsiz ki? paxlavadır. Romb formalı bu ləzzətli şirniyyatdan heç kəs imtina etməz. Ailem.az Novruz süfrələrinizin bəzəyi paxlavanın hazırlanma qaydasını təqdim edir.

 

Tərkibi:

 

240 qr əla növ buğda unu

60 qr ərinmiş yağ

80 qr üzlü süd

1 ədəd yumurta

8 qr maya

200 qr təmizlənmiş badam və ya qoz ləpəsi

200 qr şəkər tozu  

0,4 qr zəfəran

0,2 qr vanil

20 qr bal

 

 

Hazırlanması:

 

Un, yağ, süd, yumurta maya qarışdırılıb yumşaq xəmir yoğurulur. Xəmir 0,5 mm qalınlığında yayılır. Tavanın dibinə yağ sürtülür və xəmir qatı sərilib üstünə 3-4 mm qalınlığında iç tökülür. Içliyin üstünə ikinci xəmir qatı salınır, yağ sürtülüb yenidən içlik tökülür və bu qayda 8-10 qata qədər davam etdirilir. Sonra paxlava romb şəklində kəsilir, üst qatına zəfəran şirəsi qatılmış yumurta sarısı çəkilir. Hər paxlavanın ortasına yarım ləpə və yaxud püstə qoyulur. Paxlava 180-200 dərəcədə 35-40 dəqiqə bişirilir. Hazır olmağa 15 dəqiqə qalmış üstünə şərbət və yaxud bal tökülür.

 

 

Nuş olsun!

LENT

04 May 2018
03 May 2018
02 May 2018
01 May 2018
30 Aprel 2018
28 Aprel 2018