Axır çərşənbəyə özəl menyu: ŞİRİN PLOV

Yurdumuza bahar qədəm qoyur. Və çərşənbələrin başlaması ilə demək olar ki, bayram əhval ruhiyyəsi bir az da artır. Təbii ki, bayramda da yada düşən ilk milli xörəyimiz plov olur. Ailem.az süfrələrinizi bəzəyəcək dadlı şirin plovun reseptini sizə təqdim edir.

 

Hər pay üçün lazım olanlar:

 

150 qr düyü

50 qr ərinmiş yağ

50 qr kişmiş,

50 qr qaysı

40 qr qənd

50 qr gavalı

10 qr buğda unu

7 qr yumurta

Zövqə görə duz

 

Hazırlanma qaydası:

 

Düyüdən adi qaydada yarım hazır vəziyyətə çatdırmaq şərti ilə plov bişirilir. Ayrıca  yağda meyvələr qovrulur və ona qənd qatılır. Tamamilə əridikdən sonra yarım hazır plovla birlikdə qarışdırılır.

 

Un və yumurtadan azca da su və duz əlavə edilərək xəmir yoğrulur. Nazik yayılaraq bir tavada o üz, bu üz qızardılıb qazmaq hazırlanır. Süfrəyə verilən zaman düyü təpəcik şəklində boşqaba çəkilir, yanına qazmaq və qovrulmuş meyvə, üstünə isə gavalı qoyulur.

 

Nuş olsun!

LENT

04 May 2018
03 May 2018
02 May 2018
01 May 2018
30 Aprel 2018
28 Aprel 2018