Faiq Ağayevdən sonra Elnarə Xəlilova... - FOTO

Müğənni Elnarə Xəlilova keçən həftə İstanbula səfər edib. O, türk sənət musiqisinin ulduzu Müşərrəf Akayın TRT Müzik kanalında yayımlanan “Əziz dostlar” proqramının qonağı olub. Müşərrəf Akayla eyni səhnəni bölüşən Elnarə təəssüratılarını Ailem.az-la bölüşüb: “Keçən həftələrin birində dostum Faiq Ağayev mənə zəng vurub, Müşərrəf Akayın proqramı barədə danışdı və növbəti buraxılışda məni də qonaq görmək istədiklərini dedi. Sözsüz ki, mən də böyük məmnuniyyətlə razılıq verdim. Proqram konsert kimi keçdi. Sonra Müşərrəf xanım bizi yeməyə dəvət etdi. Bu proqram barədə söhbət etdik. “Əziz dostlar” Müşərrəf xanımın layihəsidir və beş ildir bu proqram barədə düşünürmüş. Proqrama yalnız azərbaycanın tanınmış sənətçiləri dəvət edilir. Bu da təsadüfi deyil. Bilirsiniz ki, Müşərrəf xanımı Azərbaycanla başqa tellər bağlayır. Özü də Azərbaycan dilində çox gözəl, şirin danışır. Veriliş şəxsən Türkiyə prezidenti Rəcəb Tayyib Erdoğanın razılığı ilə ərsəyə gəlib. Bu proqrama xüsusi diqqəti və qayğısı var, hər bir buraxılışı ilə maraqlanır. Çox gözəl təəssüratlarla döndüm”.

 

Proqram həmçinin Türkiyə mətbuatının da xüsusi diqqətindədir.

 

Verilişdə Elnarə vətənpərvər mahnılardan ibarət repertuarla çıxış edib. Fikrət Əmirovun “Mən səni araram” mahnısı ilə proqrama giriş edən müğənni “Aman”, “Vətən oğlu”, “Vətən sağ olsun” mahnıları ilə davam etdirib. “Unutama beni” və “Sil baştan” kimi türk mahnılarını da ifa edən Elnarə Müşərrəf Akayın reperuarında ən məşhur mahnılardan biri olan “Ağlama sevdam”, “Olmaz, olmaz” mahnısını duet oxuyub: “Mahnılar canlı ifa edilirdi. Türkiyənin tanınmış kaman ustası İlyas Tetiyin rəhbərlik etdiyi orkestr bizi müşayət edirdi. Adətən belə canlı çıxışlar üçün bir neçə gün məşq edilir. Biz orkestrlə cəmi bir neçə saat məşq etdik. Belə peşəkar orkestrlə çıxış etmək çox xoş oldu”.

 

“Əziz dostlar” proqramını gələn həftədən etibarən hər həftənin cümə axşamı TRT Müzik kanalında izləyə bilərsiniz. Qeyd edək ki, proqramın ilk qonağı xalq artisti Faiq Ağayev olub.

 

 

 

 

LENT

04 May 2018
03 May 2018
02 May 2018
01 May 2018
30 Aprel 2018
28 Aprel 2018