Üzdəki ləkələri aparır, gözaltı qaraları yox edir – MASKALAR

Qatıq təbiətin ən yaxşı təbii dərmanlarından biridir. Həmçinin qatıq istifadə edərək bir çox gözəllik probleminizi aradan qaldıra bilərsiniz. Ailem.az qatıqla hazırlanan faydalı maskalar təqdim edir.

 

Qaşıntını azaltmaq üçün



Lazım olanlar: 

2 xörək qaşığı qatıq 
1 çay qaşığı təbii gil
Yarım çay qaşığı aloe vera geli
1 çay qaşığı qızılgül suyu

 

 

Hazırlanması:

 


Bütün vəsaitləri bir kasada qarışdırın. Qarışımı qaşıntı olan yerə vurub, 20 dəqiqə saxlayın. Sonra ilıq su ilə yuyun. Qaşıntının dərhal azaldığını görəcəksiniz.

 

 

Ləkə və yara izlərindən qurtulmaq üçün


 

Limon təbii bir ağartma maddəsi olaraq təsir göstərdiyi üçün həssas dəriyə sahib olanlar bu müalicəni istifadə etməzdən qabaq allergiya testi etdirməlidir.

 


Lazım olanlar:

 

2 xörək qaşığı qatıq 
Yarım limonun suyu
 

 

Hazırlanması: 

 

Bir qabda qatığı və limonu qarışdırın. Qarışımı ləkəli yerlərə vurun. 15-20 dəqiqə saxlayın. Daha sonra üzünüzü öncə ilıq su ilə yuyun və məsamələri bağlamaq üçün soyuq su ilə yuyun. Dərinizi yumşaq bir dəsmalla yavaşca qurudun.

 

 

Kəpək müalicəsində

 

Bal, qatıq və limon suyu qarışımı kəpəkdən qısa zaman içərisində qurtulmağınızı təmin edə bilər.

 

 

Bir qaba 4 xörək qaşığı qatıq qoyun. Buna 4 xörək qaşığı bal əlavə edin. 1 xörək qaşığı limon suyu da töküb, yaxşıca qarışdırın. Bu qarışımı saç dərinizə bir fırça ilə vurun. 30 dəqiqə saxladıqdan sonra saçlarınızı soyuq su ilə yaxşıca durulayın.

 

Gözaltı göyərmələri üçün

 

 
Bir kasaya bir az qatıq qoyun. Pambığı top halına gətirərək qarışıma batırın. Göz altlarınıza qatığı sürtün və saxlayın. 10 dəqiqə sonra üzünüzü yuyun. Tünd ləkələrdən qurtulmaq üçün bunu 1 həftə boyu hər səhər təkrarlayın. 1 həftə sonra gözünüzdəki tünd halqalardan qurtulduğunuzun fərqinə varacaqsınız.

 

 

LENT

04 May 2018
03 May 2018
02 May 2018
01 May 2018
30 Aprel 2018
28 Aprel 2018