Çay süfrənizə ləzzət qatacaq – PORTAĞALLI LOKUM

Çay içməyi hər birimiz çox sevirik. Gündə ən az 4, 5 dəfə çay içmək adət halımızdır. Çayın yanında ləzzətli bir şirniyyat olduqda isə daha da xoşumuza gəlir. Ailem.az çayla içəcəyiniz dadlı portağallı lokum reseptini verir.

 

Lazım olanlar:

 

1 stəkan yarım təzə sıxılmış portağal suyu
1 stəkan yarım su
3 xörək qaşığı nişasta
6 xörək qaşığı şəkər tozu
Kakos (istəyə görə)

 

 

Hazırlanması:

 

 

Kakosdan başqa bütün ərzaqları qazana töküb, qaşıqla çalın. Qazanı ocağa qoyub qaynayana qədər qarışdırmağa davam edin. Qaynadıqdan sonra odu azaldıb, 5-6 dəqiqə daha bişirin və dərhal bir şüşə siniyə boşaldın.

Otaq temperaturuna gəldikdə soyuducuya qoyub ən az 2 saat saxlayın. Sonra çıxarın və dilimləyin. İstədiyiniz qədər kakosa batırın.

 

Nuş olsun!

 

 

LENT

21 Aprel 2018
20 Aprel 2018
19 Aprel 2018
18 Aprel 2018
17 Aprel 2018