Azərbaycanlı aktrisa kişilərə səsləndi: “Boşanmış xanımla görüşün, savabdır”

Azərbaycanlı aktrisa, aparıcı Könül Yusifqızı son paylaşımı ilə diqqət çəkib.

 

Ailem.az-ın məlumatına görə, o, kişilərin 18-25 yaşlı qızlarla sevgili olması haqda yazıb: “Ay kişilər, siz allah sevgili kimi görüşəndə boşanmış, dul və ya yanı uşaqlı xanımla görüşün. Savabdır, balasının əlini çörəyə çatdırın, arxa-dayaq olun, dəstək olun. Onsuz da görüşürsünüz.. Bizim cəmiyyətdə 5% kişi and içə bilər ki, evlənəndən sonra görüb- gördüyü arvadıdır. Qalan 95% elə bil and içib, öhdəçilik götürüb ki, arvadımdan başqa, sevgilim də olmalıdır. Hələ qıraqda biri olsa, dərd yarı. Hərdən 2-3-ü olur. Olsun, mənim nə həddimə işinizə qarışım, amma bu 18-25 yaş arası qızlarla işiniz olmasın. Alışdırmayın onları məşuqə olmağa, qoy universitet oxusunlar, ərə getsinlər, ail, uşaq sahibi olsunlar. Vallah alışqanlıq pis şeydir...

 

Sonra da durub deyirsiz ki, filankəs gəzəyəndir, filankəs fahişədir, filankəsi saxlıyan var. Siz edirsiz də... Etməyin. Edib də, sonra qeybətin etməyin”

LENT

21 Aprel 2018
20 Aprel 2018
19 Aprel 2018
18 Aprel 2018
17 Aprel 2018