İspanaqlı toyuq dolması yemisiniz? - RESEPT

Mətbəximizdə bir çox dolma növü var. Amma Ailem.az-ın verəcəyi bu reseptlə tam fərqli bir dolma növü ilə tanış olacaqsınız.

 

İspanaqlı toyuq dolması

 

Lazım olanlar:

 

500 qr toyuq sinəsi

2 soğan

1 dəstə ispanaq

1 dəstə təzə nanə

2 xörək qaşığı zeytun yağı

1 ədəd kiçik limon

Kərə yağı

Duz

İstiot

 

Hazırlanması:

 

Doğranmış soğan zeytun yağında qovrulur və içinə ispanaq, nanə, rəndələnmiş limon, duz və az su tökülür. Suyu çəkildikdən sonra ocaqdan götürüb soyudulur.

Toyuq sinəsinin üzərinə duz, istiot səpilir, hazırlanan içlikdən qoyulub bükülür və çöplə bağlanır.

 

İçi azacıq yağlanmış soba qabına düzülən toyuq dolmalarının üzərinə azacıq kərə yağı qoyulur. Üstləri alüminium falqa ilə örtülüb, 190 dərəcə qızdırılmış sobada 25-30 dəqiqə bişirilir.

 

İsti-isti servis edin.

 

Nuş olsun!

LENT

23 Aprel 2018
21 Aprel 2018
20 Aprel 2018
19 Aprel 2018
18 Aprel 2018
17 Aprel 2018