Gül kələmindən dadlı xörək bişirin - RESEPT

Gül kələm qida rasionumuzda önəmli yerlərdən birini tutmalıdır. Onun tərkibi saymaqla bitməyən vitaminlərlə zəngindir. Xüsusilə də uşaqlara gül kələm yemə alışqanlığı aşılayaraq, yeniyetmə dövrlərində ehtiyacları olan bütün vitamin və mineralların təməlini qoymuş olarsınız. Ailem.az sağlıqlı və ləzzətli gül kələmi xörəyinin reseptini verir.

 

Lazım olanlar: 

 

Yarım kilo gül kələm

1 ədəd orta boy kök

1 ədəd orta boy soğan
1 xörək qaşığı tomat
2 xörək qaşığı zeytun yağı

Duz

 

Hazırlanması:

 

Əvvəlcə orta boy bir qazana duru yağı töküb, doğranmış soğanı qovurun. Kökü halqa şəklində doğrayıb qazana tökün və soğanla birlikdə qovurun. Daha sonra qazana tomatı və təmizlədiyiniz gül kələmini əlavə edin. Bütün vəsaitləri birlikdə qovurduqdan sonra duzunu töküb, üzərini bir barmaq keçəcək şəkildə isti su əlavə edib qaynadın.

Gül kələmlər yumşalanda ocaqdan alıb cəfəri, ya da şüyüdlə servis edə bilərsiniz.

 

Nuş olsun!

LENT

04 May 2018
03 May 2018
02 May 2018
01 May 2018
30 Aprel 2018
28 Aprel 2018