Uşaqlar arasında cinsi problem - 233 nəfər qeydiyyatdır

"Uşaqlarda cinsi yetkinlik pozuntularının meydana gəlməsində genetika, keçirilmiş ağır xəstəliklər rol oynaya bilir".

 

Ailem.az-ın məlumatına görə, bu barədə azvision.az-a açıqlamasında Respublika Endokrinologiya Mərkəzinin həkim metodisti, endokrinoloq Samirə Xəlilova deyib. 

Onun sözlərinə görə, vaxtından əvvəl cinsi yetkinliklə bağlı mərkəzdə 24 nəfər qeydiyyatda olub: “Bunlardan 18 nəfəri 0-13 yaş aralığında olan uşaqlardır. Onlardan 15-i qızdır. Cinsi yetkinliyin ləngiməsi daha çox müşahidə edilir. Hazırda 209 nəfər cinsi yetkinliyin zəifləməsi ilə bağlı mərkəzdə qeydiyyatdır. Cinsi yetkinliyin ləngiməsi sonsuzluğa səbəb olur. Bu uşaqlara erkən diaqnoz qoyulub, vaxtında müalicə alarlarsa, inkişaf gedə bilər”.
 

Qeyd edək ki, cinsi problemlə əlaqədar ümumilikdə 233 uşaq qeydiyyata alınıb.

LENT

04 May 2018
03 May 2018
02 May 2018
01 May 2018
30 Aprel 2018
28 Aprel 2018