Qarğıdalı unundan dadlı bulka RESEPTİ

Hər kəsə bəllidir ki, qida insan sağlamlığı üçün ən əhəmiyyətli şeydir. Ona görə də sağlam qidalanmaq üçün nə yediyimizə xüsusi diqqət etməliyik. Ailem.az-ın reseptini verdiyi bu bulka isə ləzzətli olmaqla yanaşı, insan orqanizmi üçün də faydalıdır.

 

Qarğıdalı unundan bulka

 

Lazım olanlar:

 

2 yumurta (yumurtalardan birinin sarısını üzərinə sürtmək üçün ayırın)
1 stəkan qatıq 
1 stəkan duru yağ 
1 xörək qaşığı kərə yağı
2 çay qaşığı şəkər tozu  
1 çay qaşığı sirkə 
1 çay qaşığı duz 
1 paket qabartma tozu 
Bir az doğranmış şüyüd
1 stəkan rəndələnmiş pendir.

2 stəkan yarım qarğıdalı unu

Apardığı qədər buğda unu

 

Hazırlanması: 

 

Bütün ərzaqları qarışdıraraq, buğda ununu yavaş-yavaş əlavə edərək, yumşaq ələ yapışmayan xəmir yoğurun. Xəmirdən istədiyiniz ölçüdə qoparıb yuvarlayın və soba qabına düzün. Üzərinə yumurta sarısı sürtüb azacıq qarğıdalı unu səpin. Əvvəlcədən qızdırılmış 175 dərəcəlik sobada qızarana qədər bişirin.


Çayınızın yanında yeyə biləcəyiniz ləzzətli bulkalarınız hazırdır.

 

Nuş olsun!

 

 

 

 

LENT

04 May 2018
03 May 2018
02 May 2018
01 May 2018
30 Aprel 2018
28 Aprel 2018