Kakoslu qurabiyə belə bişirilir - ASAN RESEPT

Kakos şirniyyatlara xüsusi dad verir. Həmin kakoslu şirniyyatları çox sevirik və əksərən də onu mağazalardan hazır alırıq. Ailem.az-ın verəcəyi bu reseptlə dadlı kakos qurabiyəsini özünüz hazırlaya biləcəksiniz.

 

Lazım olanlar:

 

1 yumurta
125 qr kərə yağı
Yarım stəkan duru yağ
1 stəkan pudra şəkəri
1 paket vanil
1 paket qabartma tozu
Apardığı qədər un (təxminən 2 stəkan)

 

Şərbəti üçün:

 

2 stəkan şəkər tozu
3 stəkan su

 

Üzəri üçün:

 

Kakos

 

Hazırlanma qaydası:

 

Əvvəlcə şərbət üçün su və şəkəri bir qazana töküb ocağa qoyun. Qaynatmadan, sadəcə şəkər əriyənə qədər ocaqda saxlayın və götürüb soyumağa qoyun.

 

Xəmiri üçün undan əlavə bütün vəsaitləri bir qaba tökün və yaxşıca qarışdırın. Daha sonra üzərinə yavaş-yavaş un əlavə edərək ələ yapışmayan yumşaq xəmir yoğurun.

Hazırlanan xəmirdən qoz böyüklüyündə parçalar kəsib yumrulayın, yağlı kağız sərilmiş siniyə düzün və 180 dərəcəlik sobada 20-25 dəqiqə bişirin.

 

Qurabiyələr sobadan çıxdıqda soyuyan şərbətin içinə tək-tək atın. Şərbətin içində bir az saxladıqdan sonra çıxarın, kakosa batırın və boşqaba düzün. 1-2 saat saxladıqdan sonra servis edin.

 

Nuş olsun!

 

LENT

23 Aprel 2018
21 Aprel 2018
20 Aprel 2018
19 Aprel 2018
18 Aprel 2018
17 Aprel 2018