Quş nəcisi, öküz sperması... – Kosmetik vasitələrin tərkibi haqqında ilginc FAKTLAR

Kosmetika qadınların həyatının ayrılmaz bir parçasıdır. Bir çox kişilər qadının təbii olaraq, gözəl görünməsinə üstünlük versələr də, qadınlar kosmetikadan istifadə edərək daha gözəl görünməyə çalışırlar.

Dünya statistikasına görə, orta hesabla bir xanım həyatı boyunca kosmetikaya 15 min dollar pul xərcləyir. Bu xərclər ölkələrə görə də dəyişə bilir. Azərbaycanda statistikaya görə, ümumi olaraq 1 il ərzində xanımlar kosmetikaya 280 milyon dollar xərcləyir.

 

Bu qədər çox pul xərclənən kosmetikanın tərkibinin nələrdən ibarət olduğunu və nədən hazırlandıqlarını bilirsinizmi?

 

Ailem.az musavat.com-a istinadən xüsusilə xanımların marağında olan kosmetik vasitələrin nələrdən hazırlandığını, tərkibində nələrin olduğunu təqdim edəcək.

Kosmetikanın tərkibində sünnət dərisi, öküz sperması, balığın pulları və balina qusuntusu və s. bu kimi ağılalmaz qatqılar olur.

Kosmetika bir qadını olduğundan daha da gözəl göstərsə də, anlaşılan odur ki, tərkibi o qədər də gözəl deyil.

 

Balina qusuntusu…

Ambergis adlandırılan bu maddə balinaların həzm sistemindən sonra mədəsində qalan artıqların qusuntusudur. Bu maddə kosmetika sahəsində çox dəyərli olduğu üçün “üzən qızıl” olaraq da adlandırılır. Kosmetik vasitələrdə qoxunu və qorumanı təmin edən bu maddə uzun illərdir ki, istifadə edilir. Dünyaca məşhur marka olan “Chanel“in də bəzi parfümlərində bu maddələrdən istifadə olunur.

 

İlbizlər

İlbizlərin bədənlərindən ixrac etdiyi maddələrdən istifadə olunaraq nəmləndirici kosmetik vasitələr hazırlanır. Bu maddə dəridəki qırışlar üçün hazırlanan kosmetik vasitələrdə də istifadə olunur.

 

Balıq pulcuğu

Balıqların pulcuqlarındakı gümüşü rəngli parıltılı maddələr kosmetika sektorunda məhsullara parlaqlıq vermək üçün istifadə edilir. Xüsusi olaraq daha çox ringa balığının pullarından istifadə olunur. Guanin adı verilən bu maddə daha çox dırnaq lakı, pomada və şampunların hazırlanmasında istifadə edilir.

 

Uşaqların sünnət dərisi

Qulağa xoş gəlməsə də, hətta iyrənc səslənsə də, bir çox kosmetika şirkətləri bu vasitədən istifadə edir. Sünnət dərisindən daha çox yanan insanlar üçün hazırlanan kremlərdə istifadə olunur.

 

Quş nəcisi

Quş nəcisindən yalnız yaponlar istifadə edərək kosmetik vasitələr hazırlayır. Bu vasitə daha çox cild baxımı üçün hazırlanan kremlərdə istifadə olunur. Bu kremlər Yaponiyadan ixrac edilir və olduca bahalıdır.

 

Toyuq sümüyünün iliyi

Toyuq sümüyünün iliyi kosmetik vasitələrdə istifadə olunan heyvan parçalarından ən maraqlısıdır. Qlukozamin ilə zəngin olduğu deyilən toyuq sümüyünün iliyi gənc görünmək üçün hazırlanan kosmetik vasitələrdə daha çox yararlı olur.

 

Öküz sperması

Kosmetikada öküz spermasından istifadə bu sektorda yeni başlayıb. Nəmlənməni mühafizə edən bu məhlul, bir çox firmalar və salonlar tərəfindən hazırlanan məhsullarda üstünlük təşkil edir. Öküz spermasının saçlara xüsusi parıltı verdiyi deyilir.

 

 

LENT

04 May 2018
03 May 2018
02 May 2018
01 May 2018
30 Aprel 2018
28 Aprel 2018