Evdə qatıq çalmağın ASAN ÜSULU

Xüsusilə uşaqların daha çox yeməli olduğu qatıq zəngin qida dəyərləri ilə insan orqanizminə çox faydalıdır. Tərkibində olan protein, kalsium, fosfor, potasium və fol turşusu uşaqların fiziki və zehni inkişafına olduqca təsirlidir. Ancaq qatığın bu özəlliklərindən faydalana bilmək üçün diqqət ediləcək ən önəmli nöqtə onun necə hazırlanmasıdır. Ailem.az evdə qatıq çalmağın asan üsulunu göstərir.

 

Lazım olanlar:

 

1 litr süd

2 xörək qaşığı qatıq

 

Hazırlanması:

 

Südü nazik tüllə süzərək qazana tökün və qaynadın. Qaynayan südü ocaqdan götürməzdən qabaq 1-2 dəqiqə qarışdıraraq qaynatmağa davam edin.

 

Mayalanacaq südün istiliyinin 45 dərəcə olması lazımdır. Südün istiliyini ölçərək hazırlasanız, əla nəticə əldə edəcəksiniz. Ölçən cihazınız yoxdursa, südə barmağınızı batırıb 7-yə qədər sayın, əgər barmağınız istiliyə dayanırsa, deməli, süd mayalanmağa hazırdır.

 

Qatığın bərk mayalanması üçün südün istiliyinin yaxşı tənzimlənməsi lazımdır.

 

2 xörək qaşığı qatığın içinə 1-2 xörək qaşığı ilıq süddən tökün və qarışdırın.

 

Hazırladığınız qatığı qazanın içindəki südə tökün və qarışdırın, sonra qazanın qapağını bağlayaraq qalın bir parça ilə bükün.

 

Südü təxminən 6 saat ilıq şəraitdə saxlayaraq mayalandırın. Sonra onu soyuducuya qoyun.

 

Nuş olsun!

LENT

04 May 2018
03 May 2018
02 May 2018
01 May 2018
30 Aprel 2018
28 Aprel 2018