Dostəliyeva: "Gəlinlik geyinmədim, evdən qaçdım"

ARB TV-nin “Boş anlar” proqramının növbəti qonağı müğənni Zeynəb Dostəliyeva olub.

 

Ailem.az-ın axşam.az-a istinadən məlumatına görə, sənətçi verilişdə uğursuz ailə həyatından danışıb. O, ilk nişanlısı ilə uzun müddət birlikdə qala bilmədiyini deyib: “Dedilər ki, bu qız bizimdir. Bu barədə heç anlayışım da yox idi. 5-ci sinifdə ailə qurmaq mənə çatmır. Elə sevinirdim ki, nişanlım gəlib. O dövrdə belə idi. Mən sonradan dərk etdim ki, mənim həyat yoldaşım məndən zəhmli, sözü keçən, artıq pul qazanan, dərrakəli insan olmalıdır. 10-cu sinifdə toy edəndə gəlinlik paltarı geyinmədim. Evdən də qaçdım, qalmadım. Məni başa düşdülər. Nişanlım əmim oğlu idi. Sonra onu özümüz evləndirdik. İndi ailəsi də var, uşağı da, nəvələri də var. O da məni başa düşdü. Dedim ki, sən mənlik deyilsən, zəifsən. Elə bil ki, əmiqızı kimi məni əzizləyirdi”.

 

LENT

21 Aprel 2018
20 Aprel 2018
19 Aprel 2018
18 Aprel 2018
17 Aprel 2018