Qaraciyəri təmizləyən SUPER QARIŞIM

Qaraciyərin əsas funksiyalarından biri orqanizmə xaricdən daxil olan və orqanizmin özündə əmələ gələn müxtəlif ziyanlı maddələri (toksinlər, şlaklar və s.) zərərsizləşdirməkdir.

Beləliklə, qaraciyər orqanizmin təbii filtridir. Rusiyalı həkim naturopat (təbii vasitələrlə müalicə edən mütəxəssis) Olqa Şerbanın sözlərinə görə, qaraciyərin də təmizlənməyə ehtiyacı var. Bunu ildə 1-2 dəfə etmək lazımdır. Bu, qaraciyərin fəaliyyətini yaxşılaşdırır, onun sağlamlığını qoruyur.

 

Ailem.az saglamolun.az-a istinadən xəbər verir ki, Olqa Şerba qaraciyəri təmizləmək və yeniləmək üçün belə bir resept təqdim edir. 1 stəkan təzə qatığa 1 ç.q. bal, yarım ç.q. sarıkök və 1 x.q. üyüdülmüş qarabaşaq əlavə edin, yaxşı qarışdırın və axşam yatmazdan 1 saat əvvəl bu qarışımı qəbul edin. Bunu 2 həftə ərzində hər gün etmək lazımdır. Daha sonra 1 həftə fasilə verilir və müalicə kursu təkrar olunur.

 

Diqqət! Qaraciyər xəstəlikləri və iltihabı olan insanlar bu vasitədən yalnız müalicə həkimi ilə məsləhətləşdikdən sonra istifadə edə bilər. 

 

 

LENT

04 May 2018
03 May 2018
02 May 2018
01 May 2018
30 Aprel 2018
28 Aprel 2018