Almanlar soldan gələn pişikdən, italyanlar 17 rəqəmindən qorxur - Dünya xalqlarının gülməli inancları

Dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, insanların fərqli batil, gülməli, mifik inancları olur. Bu inanclar onları bir qədər fərqli yönləndirir, nələrəsə inanır və buna müvafiq olaraq həyatlarını şəkilləndirirlər. Ailem.az “Yeni Müsavat”-a istinadən bu inanclardan bəzilərini diqqətinizə çatdırır:

Rusiyada çiçək vermək kimi geniş yayılmış bir ənənə var. Amma çiçək verməyin də bir ritualı var. Verəcəyiniz çiçək sayı mütləq tək olmalıdır, çünki cüt sayda çiçəklər sadəcə cənazələrə gedər.

Ruslara aid başqa bir batil inanc isə odur ki, küçədə yeriyərkən biri qabağınızdan boş vedrələr daşıyaraq keçərsə, pul itirəcəksiniz. Amma vedrələr xüsusən su ilə doludursa, qısa müddət ərzində varlı olacaqsınız.

Bolqarıstanda batil inanclar çox yayılıb. Çox populyar bir ənənəyə görə, subay bir qadın masanın küncündə oturmamalıdır. Əks halda bu qadının evlənmək üçün kişi tapmaq şansının olmayacağına inanılır.

Bundan başqa, bolqarlar spirtsiz içkiləri toqquşdurmazlar. Bardağında spirtli içki olmadan bunu edən biri varsa, bu halda onun çirkin uşaqları olacağına inanırlar.

İspanlar ilin hər bir ayı üçün 12 üzüm yeyirlər. Saat tam 12:00-də, 12 üzümü də yesəniz, bütün yol boyunca şanslı olacağınıza inanılır. İşin əyləncəli tərəfi isə heç kimin bir dəqiqə içində 12 dənə üzüm yeməyə nail olmamasıdır.

Almanların dörddə biri soldan gələn bir qara pişiklə qarşılaşmaqdan qorxur, çünki bunun uğursuzluq gətirəcəyinə inanırlar. Amma bir çox ölkədə olduğu kimi düşən bir ulduz görəndə də arzu tutmaqdan özlərini saxlamırlar.

 

17 rəqəmi avropalılarda uğursuzluq gətirdiyinə inanılan bir simvoldur. Ağ dəniz ətrafı ölkələrində və xüsusən də İtaliyada 17 nömrəli xana və ya qapı nömrəsi tapmaq mümkün deyil. 17 rəqəminin uğursuzluğu romalılar tərəfindən qalmış Roma rəqəmlərinin yer dəyişməsiylə “VIVI”, yəni, “Yaşadım, bu halda öldüm” mənasına gəlir.

 

Rizedə (Türkiyə) cümə axşamı sarımsaq yemək yaxşı deyil. Gecələr dırnaq kəsilməz. Kəsilən dırnaqlar bir kağıza bükülməli və “Qiyamət günündə gəlib məni tapın” deyərək bir deşiyə soxulmalıdır. Ayağında yarası olan qadın öncə qonşu evinə gətirilir, yaxşılaşması üçün digər qadınlar dua oxuyub üfləyib, sonra da yaralı ayağı tikanla cızıq edərlər. Yeni alınan ayaqqabılar çərşənbə günü geyildiyində tez cırılacağı inancı da geniş yayılıb. Bundan başqa, ölü birini borclu olduğu halda basdırmaq da günahdır.

 

13 rəqəminin uğursuz olması inancı isə Skandinaviya mifologiyasında bir əfsanəyə əsaslanıb. Bu hekayəyə görə, kələkbaz “tanrı” Lokii o biri 12 tanrının qatıldığı bir mərasimə 13 olaraq gedib və əyləncəni pozub. Bu hadisənin yol açdığı dava skandinaviyalıların ən tanınan allahı Balderin ölümü ilə nəticələnib. Bu inanc bənzər şəkildə yunan mifologiyasında, Truva müharibəsinin ortaya çıxma səbəbi olaraq da qəbul edilir.

 

13 rəqəminin uğursuzluğu inancı o qədər güclüdür ki, bəzi insanlar 13 insanı eyni masaya oturtmaqdan qaçır. Bəzi məşhur otellərdə, xüsusən Amerikada 13 rəqəmi daşıyan otaq və mərtəbə yoxdur. Bu mərtəbələr 12/A olaraq nömrələnib. Buna paralel olaraq, bəzi qadınlar da ayın 13-də alış-verişə çıxmırlar.

 

İngilislər köpək balığı dişinin şans gətirdiyinə inanır. Əgər insan o dişi boynuna taxırsa, ən böyük şans o kişi ilə olur. İngiltərəyə getdiyiniz zaman yolda boynunda da diş asılı olan birini görsəniz, bilin ki, bunun səbəbi dişin şans gətirəcəyinə inanılmasıdır.

 

Dörd yarpaqlı yonca. Xristian aləmində müqəddəs bir yarpaq kimi xarakterizə edilir. Mifə görə onu qurudub dəftər arasında saxlamaq ömür boyu şans gətirir. İrlandalılara görə, vətəni kəm gözlərdən qoruyur. 4 yarpaqlı yonca çətin tapıldığı üçün bütün cəmiyyətlərdə uğurlu sayılır.

 

Bəzi xristian cəmiyyətlərinin nərdivanla bağlı bir çox batil inancları var. Bunlardan ən çox bilinəni: 2 ayaqlı nərdivan açıqkən bir üçbucaq yaradır. Altından keçmək bəzi xristian xalqlarına görə, müqəddəs üçləmənin pozulmasına səbəb olur. Beləcə, müqəddəs üçləmə qırılaraq şeytana bir anlaşma içərisnə giridliyi deyilir və pis hadisələrə səbəb olur.

Milli batil inanclarımız

Amma azərbaycanlılar arasında da ilginc batil inanclar var. Hamıda olmasa da, bəzilərində aşağıda sadaladığımız bəzi batil inanclar güclüdür. Diqqət edək. 

- Evlərə nəzər dəyməsin deyə at nalı və ya iydə budağı asmaq.

- Fala baxdırmaq.

- Türbələrdə şam yandırmaq, parça bağlamaq.

- Göz muncuğu taxmaq. Bu muncuğu taxmağın heç bir faydası yoxdur. Göz muncuğu taxmaq günahdır. Onun nəzəri aradan qaldıracağına inanmaq isə günaha ortaq olmaqdır.

- Bayquşun ulamağından pis mənalar çıxarmaq.

- Türbələrdə toyuq kəsmək.

- Yoldan dovşan keçdi deyə geri qayıtmaq.

- Pişik və itin yolda gəzən birinin önündən keçməsi uğursuzluq imiş.

- 13 rəqəminin uğursuz sayılması.

- Çərşənbə axşamı günü yola çıxmaq və işə başlamaq uğursuzluq imiş.

- Çərşənbə axşamı günü təzə paltar geyinəndə yana bilər.

- Qonaq gedəndən sonra evi yığışdırmaq düzgün deyil.

- Bir evdən ölü çıxsa, o evdəki su qabları boşaldılır. Boşaldılmasa, o evdən yenə ölü çıxa bilər kimi batil inanc var.

- Kimsə ölən kimi ayaqqabılarını qapının kandarına qoymaq.

- Arzu tutub hovuzlara pul atmaq.

- Ovucun içi qaşınanda pul gəlirmiş.

- Bıçağı kiməsə verərkən bıçağa tüpürmək.

- Gecə ev təmizləmək kasıblıq gətirirmiş.

- İtin hürməyindən məna çıxarmaq.

- Pilləkənin altından keçməmək.

- Kiminsə başına pis iş gələndə eyni şeyin onun da başına gəlməməsi üçün qulağını çəkib masaya və ya başqa bir yerə vurmaq.

- Qurban kəsilən heyvanın qanını alının ortasına sürtmək.

- Gecə güzgüyə baxmaq və ya dırnaq kəsmək uğursuzluq imiş.

Suya daş atmaq olmaz, yeni evə köhnə evin süpürgəsi aparılmaz...

 

Keçək digər batil inaclara. Hansılar ki, sırf hansısa bir xalqın inancı olmaqdan çıxıb və ümumən bir çox xalqlar üçün ümumiləşdirilmiş xarakter daşıyır:

 

Masada dayanan bıçaqlar üst-üstə düşsə, o evdə qovğa olacağına inanılar.

Səbəbi və təməli bilinməsə də, evdə qırılan aynanın 7 il şanssızlıq gətirdiyinə inanılar. Durduğu yerdə, səbəbsiz qırılan aynanın isə ölüm gətirməsi kimi batil inanc da var.

Bir çox cəmiyyətdə evin içində çətir açmağın pis şans gətirdiyinə inanırlar.

1 maydan əvvəl ağacdan çiçək qoparıb evə gətirməyin pis şans gətirdiyi iddia olunur.

Birinə qarşılığında başqa bir şey almadan əlcək vermək guya pis şans gətirər.

Suya, dənizə daş atmaq pis şans gətirər.

Yeni evə köçəndə köhnə evin süpürgəsi yeni evə aparılmaz.

Qulağınız yanırsa biri sizi xatırlayır, sizdən dnaışır deməkdir. Sol qulaq yanırsa pis, sağ qulaq yanırsa yaxşı şəkildə sizə xatırlayırlar.

Sol əlinizin ovuc içi qaşınırsa döyüşəcəksiniz, sağ əlinizin ovuc içi qaşınırsa pul gələcək.

Yaxşı bir şeydən bəhs edərkən zərər gəlməsi istənmirsə taxtaya 3 dəfə vurular.

Süpürgəylə vurduğunuz adam tənbəl olar.

Birinin stəkanda yarımçıq qalmış suyuna su əlavə edərək içmək pis şans gətirir.

Cadugərlərdən qorunmaq üçün mavi muncuğu üstündən əskik etməyənlər var.

Fırtınalı havada saç kəsmək yaxşı şans gətirər.

Pişiklər körpələrdən uzaq tutular, pişiklərin körpələrin nəfəsini oğurladığı deyilir.

Dırnaqlar və ya saçlar kəsildikdən sonra yandırılmalı və ya basdırılmalıdır.

Qurban kəsilərkən heyvan dilini çölə çıxarsa, guya qurban sahibi o il içərisində ölər. Başqa bir batil inanca görə ayaqqabı çıxarıldığında tərs dönsə, ayaqqabı sahibinin tez vaxtda öləcəyi düşünülər.

Yatarkən corabları baş tərəfə qoymaq yaxşı deyil, guya onda  insan tez ölər.

Ölünün paltarları ölü yuyucularına verilər.

Qəbiristanlıqdan ağac kəsilməz. Ağacda cin olduğuna inanılar.

Gecə ölən adamın üzərinə səhərə qədər bıçaq qoyular.

Ölünün yuyulduğu evdə üç gün işıq yanar.

Baş sağlığına gələn kəslərin ayaqqabıları tərs çevrilməz.

İlan öldürülüb, suya atılsa və ilan suda itsə yağış yağar və dayanmaz, sellər olar..

Bir evin üstündən bayquş ötsə, guya o evdə biri ölər ya da ailə dağıla bilər.

İnəyin südünü yerə sağmaq yaxşı deyil, heyvan xəstələnər.

İlk yaylaya çıxışda malların ortasından bir xarici keçsə, guya heyvanlar “hamilə” qalmaz, doğmazlar.

Bir adamın önünə dovşan çıxması uğursuzluq kimi yozulur, yoldan geri dönülər.

Çaqqal ulayanda yerə tüpürmək lazımdır, yoxsa insanın başına bir dağıtma gəlir.

Çaqqal ulamağa başlayanda hava açılacaq, günəşli hava olacaq deməkdir.

Oda tüpürmək, söymək, dırnaq atmaq, su tökmək uğursuzluq gətirər.

Səhər evindən başqasına od verənin ocağı sönər.

Ocağın üstünü boş buraxmaq uğursuzluq gətirər.

Qazanda su boş-boşuna qaynarsa düşmənlər çoxalar.

Lampa yandırılmayan evin ocağı hər vaxt qaralar. Eyni zamanda ev sahibinin öldükdən sonra məzarı da qaranlıq olar.

Xəstələnən heyvanları oddan keçirmək yaxşıdır.

Ocağı söndürmək üçün su tökülməz, od torpaqla örtülər.

Ocaq çox əvvəldən sönmüş olsa da dahi külün yanında yatılmaz. Küldə cin və şeytanın oynadığına inanılar.

Atəşin çıxardığı səs ocağı qalayan adam haqqında dedi-qodu edildiyinə işarədir.

Qarağacdan düşən yaşamaz.

Əncir ağacının altında yatanları şeytan götürər aparar.

Nar dənələrini yerə tökmək günahdır, nar cənnət meyvəsidir.

Əlləri düz üzərində qovuşdurmaq, barmaqları bir-birinə keçirib əl bağlamaq yaxşı deyil, guya insanın qisməti bağlanar.

Barmaqların şaqqıldaması, insanın sağlam olduğunu göstərər.

Əl yuyarkən əvvəl sağ əldən başlamalı, guya sol əldən başlamaq uğursuzluq gətirər.

Qucaqlaşarkən ya da birinə bir şey verərkən sağ əl istifadə edilməlidir, sol əl uğursuzluqdur.

Axşam soğan yeyilən yerə guya mələklər gəlməz.

Qatıq, süd, pendir gecə çölə verilməz. Vermək lazım olduğunda üzərinə kömür, üzərlik və ya yaşıl bir budaq qoyularaq verilər.

Gecə fit çalmaq günahdır.

Gecə evdən evə duz verilməz.

Axşam qapının önü süpürülməz.

Uşaqlar gecə beş daş oynasa düşmən gələcək, deyilir.

Dəyirmandan ilk gələn unla bişirilən ilk çörəyi yeyən adamın guya arvadı ölər.

Çörək qırıntılarını yerə atmaq, ayaqla tapdalamaq evin bərəkətini aparar.

Qürbətə gedən adamın azuqəsindən bir parça çörək oğurlanar.

Bir adamın üzərində tikiş tikilsə o adamın qisməti bağlanar.

Evin təməlinə qara daş qoymaq yaxşı deyil.

Qapının qarşısında oturan adam böhtana uğrayar.

Divar dibində yatmaq yaxşı deyil.

Evin içərisi təmiz olmazsa ora mələklər deyil, şeytanlar gəlir. Beləcə o evdə xoşbəxtlik deyil, dolanışıqsızlıq olar.

Evdən bir adam qürbətə getdiyi zaman o gün ev süpürülməz, qonaq qəbul edilməz. Əşya daşımaq üçün istifadə edilən iplə qonşunun evinə girilməz. Qonşunun başına bir uğursuzluq gələcəyinə inanılar.

Qapı eşiyində oturulmaz, insan kasıb olar.

Qapı eşiyində oturulmaz, insan subay qalar.

Yağış yağarkən qapı eşiyində oturmaq “günah”dır.

Otağın işığını evin kişisi yandırsa o ev daim nur içində və bərəkətli olar.

Qadının yolda kişinin önünü kəsməsi uğursuzluqdur.

Bir qadın iki kişinin arasından keçsə guya uşağı olmaz.

Bir kişi iki qadının arasından keçsə sözü keçməz.

Yarımçıq çay içən qadın dul qalar.

Ova gedəcək adamın qarşısından qadın keçsə ov edə bilməz. O adam ova getməkdən imtina edər.

Oğlan uşağının saçını ilk dəfə əmisi və ya dayısı kəsər.

Qız ata evindən cümə axşamı və ya bazar günü çıxar.

Qayçının açıq qalması düşmənlərinizin sizin haqqınızda danışmasına səbəb olar.

Gəlin köşən qızın ayaqqabısının altına kimin adı yazılsa, ən qısa zamanda adı yazılan adam evlənər.

Biri uzun vaxt evə dönməzsə və ya itibsə ayaqqabısına duz tökülər. Adam ən qısa zamanda evinə geri dönər.

 

Sonda... Gördüyünüz kimi, bir çoxu gülüş doğuran bu batil inanclar bəzi insanların həyatında mühüm rol oynayır. Hətta inkişaf etmiş Avropa ölkələrində belə, bir qrup insanlar bu inanclar əsasında hərəkət edir, ciddi şəkildə plan qurur, plan dəyişdirirlər.

 

LENT

04 May 2018
03 May 2018
02 May 2018
01 May 2018
30 Aprel 2018
28 Aprel 2018