Tavaya yapışan yemək qalıqlarını belə təmizləyin - ÜSUL

Keyfiyyətli bir tavaya sahib olsanız belə, tavaya yapışan yemək qalıqları çox çətin təmizlənir. Bəs tavaları asan şəkildə necə təmizləmək olar? Ailem.az asan üsulları göstərir.

 

1-ci üsul

 

Lazım olanlar:

 

Yarım kartof

Bir az qabyuyan maye

 

Tətbiqi:

 

Kartofu qabyuyan mayenin içinə batırın. Tavanı bu kartofla yaxşıca ovalayın. Daha sonra su ilə durulayın. Ləkələrin dərhal təmizləndiyini görəcəksiniz.

 

2-ci üsul

 

Lazım olanlar:

 

Yarım stəkan soda

Yarım stəkan mineral su

 

Tətbiqi:

 

Çirkli tavanın üzərinə soda səpib, mineral su tökün. Bu qarışım bir müddət sonra qabarmağa başlayacaq. Qabarmağa başlayanda süngərlə ovalayın. 

Ləkələr sürətli bir şəkildə çıxacaq.

 

 

LENT

04 May 2018
03 May 2018
02 May 2018
01 May 2018
30 Aprel 2018
28 Aprel 2018