Gündə neçə yumurta yemək olar?

Yumurta çox qiymətli və faydalı məhsuldur.

 

Yumurta zülallar, A, B qrupu, D vitamini ilə zəngindir, onun tərkibində beyin üçün xüsusilə faydalı olan xolin və lesitin maddələri, vacib minerallar var.  

 

Əvvəllər belə hesab olunurdu ki, yumurtanın istehlakı qanda xolesterinin səviyyəsini qaldırır. Lakin sonrakı araşdırmalar göstərib ki, bu, belə deyil. Əksinə, yumurtanın istehlakı pis xolesterinin səviyyəsini aşağı salır ki, bu da infarkt və insult riskini azaldır.

 

Ailem.az saglamolun.az-a istinadən xəbər verir ki, diyetoloqların fikrinə görə, gün ərzində 1-2 yumurta, həftə ərzində isə 10 yumurtaya qədər yemək olar.

 

Yumurtanı göyərti və tərəvəzlərlə yemək daha yaxşıdır ki, bu halda yumurtanın tərkibində olan faydalı maddələr daha yaxşı mənimsənilir. 

 

Ən faydalı yumurta 3-5 dəqiqə bişirilmiş yumurta sayılır.

 

LENT

21 Aprel 2018
20 Aprel 2018
19 Aprel 2018
18 Aprel 2018
17 Aprel 2018