Baş allerqoloq: "Əhalinin 5-8 faizində bronxial astma müşahidə olunur"

"Bronxial astma - ağciyər tənəffüs yollarının iltihabı-allergik xəstəliyi Azərbaycanda geniş yayılıb. Azərbaycan əhalisinin 5-8 faizində bronxial astma xəstəliyi müşahidə olunur".

 

Ailem.azın APA-ya istinadən xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin baş allerqoloqu Cəbrayıl Məmmədov deyib.

 

Baş allerqoloq bildirib ki, rütubət olan regionlarda bronxial astma daha çox yayılır: "Çünki rütubət olan evlərdə xəstəliyi törədən ev gənələrinin çoxalması genişlənir".

 

 

Onun sözlərinə görə, mart ayından may ayının sonuna kimi bəzi insanlarda allergik xəstəliklər daha çox əmələ gəlir: "Bu, yazda ağacların çiçəklənməsi ilə bağlıdır. Əksər insanlar bunu qripə bənzədirlər. Buna görə də düzgün müalicə vacibdir".

LENT

04 May 2018
03 May 2018
02 May 2018
01 May 2018
30 Aprel 2018
28 Aprel 2018