Elnarə fanatları ilə görüşüb - FOTOSESSİYA

Müğənni Elnarə Xəlilovanın konsert proqramı və fanatları ilə görüşü keçirilib. Tədbir Park Bulvar AVM və Muz.Tv-nin birgə layihəsi əsasında gerçəkləşib. “Ulduzla görüş” adlı proqramda Elnarə tələbələri ilə birgə çıxış edib. Proqrama “Vətən sağ olsun” adlı mahnısı ilə başlayan müğənni daha sonra populyar mahnılarını ifa edib. İkinci hissədə isə o, səhnəni tələbələrinin ixtiyarına verib.

 

Elnarəsevərlər konsertdən əliboş da qayıtmayıb. Müğənni haqqında suallara düzgün cavab verənlər ondan hədiyyə qazanıblar. Sonda fanatları sevilən ulduzla şəkillər çəkdirib və imzalı fotolarını əldə etmək imkanı qazanıblar. 

 

Ailem.az görüşdən olan fotosessiyanı təqdim edir.

LENT

04 May 2018
03 May 2018
02 May 2018
01 May 2018
30 Aprel 2018
28 Aprel 2018