1 yaşlı uşağın böyrəklərindən böyük daşlar çıxarıldı - AZƏRBAYCANDA GÖRÜNMƏMİŞ OLAY

Azərbaycanda qeyri-adi hadisə baş verib. 1 yaşlı uşağın hər iki böyrəyində xeyli sayda böyük daşlar aşkarlanıb. 

 

Bununla bağlı Ailem.az-a məlumat verən uroloq-cərrah Fuad Hüseynov bildirir ki, körpə xəstəxanaya gətirilən zaman vəziyyəti çox ağır idi: “1 gündür sidiyə çıxa bilmirdi, şiddətli ağrı, qusma mövcud idi. Şiddətli böyrək genişlənməsinin səbəbi hər iki böyrək ləyəninin sidik axarına keçən yerində ölçüləri təqribən 10-15 mm ölçüdə olan daşlardır. Uşaq təcili əməliyyata alındı, ilk öncə sağ böyrək ləyənindəki 3 ədəd daş çıxarıldı və stent taxıldı. Eyni anda iki böyrəyi də əməliyyat etmək düzgün olmadığı üçün sol böyrəkdən də müvəqqəti sidik axa bilsin deyə stent (zond) taxdıq”.

 

Cərrahın sözlərinə görə, daş analizinin cavabı zamanı məlum olub ki, sistin daşıdır: “Uşağın maddələr mübadiləsində pozğunluq olduğu üçün orqanizmi daima daş əmələ gətirməyə meylli olacaq. Ona görə də daim uşaq nefroloqu və bizim təqibimizdə olmalıdır".

 

 

LENT

04 May 2018
03 May 2018
02 May 2018
01 May 2018
30 Aprel 2018
28 Aprel 2018