Fərqli dad - KAKOSLU ÇATLAMIŞ PEÇENYE

Kakos şirniyyatlara xüsusi dad verir. Ailem.az kakoslu şirniyyat sevərlər üçün ləzzətli resept təqdim edir.

 

Kakoslu çatlamış peçenye üçün lazım olanlar:

 

2 ədəd yumurta

2 fincan şəkər tozu

1 paket marqarin

1 stəkan duru yağ

1 paket qabartma tozu

1 paket vanil

7 xörək qaşığı kakao

Apardığı qədər un

1 stəkan yarım süd

1 stəkan şəkər tozu

 

Hazırlanması:

 

Otaq istiliyində yumşalmış marqarini geniş bir qaba qoyun. 2 yumurtanı üzərinə qırın. Sıra ilə şəkər tozu, duru yağ, qabartma tozu, vanil və kakaonu əlavə edin. Bütün ləvazimatları əlinizlə yoğurun. (Nə çox sərt, nə də duru bir xəmir olmalıdır).Yoğurduğunuz xəmirdən qoz böyüklüyündə parçalar qoparın və onlara yuvarlaq forma verin. Peçenyeləri siniyə düzün və 180 dərəcəlik sobaya qoyun. Üzərləri çatlayana qədər bişirin. Peçenyeləri sobadan çıxarıb 2-3 dəqiqə gözləyin. Bu əsnada siz də bir qabın içində süd və şəkər tozunu qarışdırın. Xəfifi isinən peçenyeləri bu qarışıma batırıb çıxardıqdan sonra servis boşqabına yığın. Üzərini kakosla bəzəyin.

 

Nuş olsun!

 

LENT

04 May 2018
03 May 2018
02 May 2018
01 May 2018
30 Aprel 2018
28 Aprel 2018