Azərbaycanda 3 ayda 7 ana doğuş zamanı ölüb: 1 nəfər həbs edilib

2018-ci ilin 3 ayı ərzində Azərbaycanda 7 ana ölümü baş verib.

 

Ailem.az Apa-ya istinadən xəbər verir ki, bu barədə Respublika Perinatal Mərkəzinin direktoru, Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, baş mama-ginekoloq Sevinc Məmmədova bildirib.

 

Onun sözlərinə görə, bu il baş vermiş ana ölümləri ilə bağlı 12 nəfərə töhmət verilib, 1 nəfər həbs edilib.

 

S. Məmmədova qeyd edib ki, 2017-ci ildə 20 ana ölümü faktı qeydə alınıb, 50-dən çox tibb işçisi barəsində inzibati tənbeh tədbiri görülüb.

 

Baş mama-ginekoloq deyib ki, hamilə qadınlar xəstəliklərini, adətən, həkimlərdən gizlədirlər. Amma hamilə qadınların xəstəlikləri əvvəldən bilinsə, onlara göstərilən tibb xidmət daha keyfiyyətli olar.

 

Həkim Azərbaycanda hamilə qadınlar arasında əsasən anemiya, böyrək və ürək xəstəliklərinə rast gəlindiyini də vurğulayıb.

 

 

LENT

04 May 2018
03 May 2018
02 May 2018
01 May 2018
30 Aprel 2018
28 Aprel 2018