Yaz yorğunluğundan qurtulmaq üçün için - RESEPT

Yaz aylarında insanlarda ümumi bir halsızlıq və yorğunluq olur. Bu halsızlığı aradan qaldırmağın ən gözəl yolu isə sağlam qidalanmaqdır. Çünki bu cür problemlərin altında vitamin-mineral çatışmazlığı yata bilir. Ailem.az yaz yorğunluğundan qurtulmaq üçün faydalı içkilərin reseptini verir.

 

İmmunitet çayı:

 

2 stəkan su
2 xörək qaşığı ekineziya
1 çay qaşığı təzə zəncəfil
2 dilim yaşıl alma
1 çubuq darçın 

 


Hazırlanması:

 

Bütün vəsaitləri qaynadın. Qaynadıqdan sonra 2-3 dəqiqə daha gözləyin və soyumağa qoyun. Süzərək isti və ya ilıq içə bilərsiniz.

 

Enerji verən içki - 1

 

1 kivi

1 stəkan kefir 
10 ədəd çiy fındıq

4-5 yarpaq təzə nanə

Bütün vəsaitləri blenderlə qarışdırıb, təzə halda için.

 

Enerji verən içki - 2

 

Yarım banan
5-6 ədəd çiy badam
1 çay qaşığı kakao
2 ədəd xurma
1 stəkan süd

 

Bunların hamısını blenderlə qarışdırıb təzə halda için.

 

 

LENT

04 May 2018
03 May 2018
02 May 2018
01 May 2018
30 Aprel 2018
28 Aprel 2018