Vazelini kirpiklərinizə sürtün və... - İNANILMAZ FAYDALARI

Vazelin dəriyə qulluq vasitələri arasında ən faydalı kremlərdən biridir. Ailem.az həm gözəllik üçün, həm də həyat şərtlərinizi asanlaşdırmaq üçün vazelinin müxtəlif istifadə yolları barədə məlumat verir.

 

- Təraşdan sonra dərini yumşaldır.

 

- Dodaqları yumşaq edir və parlaq göstərir.

 

- Günəşdə yanmayan nahiyələrinizə, xüsusilə, dizlərinizin arxasına və biləklərinizin içinə sürtsəniz, aradakı rəng fərqini bağlayacaq.

 

- Qaşlara sürtdükdə dərini yumşaldır və onları daha ağrısız şəkildə ala bilərsiniz.

 

- Kirpiklərin böyüməsinə kömək edir. Gecə kirpiklərinizə sürtün və təsirini görün.

 

- Quru dəriyə sürtdükdə dərhal təsirini göstərir.

 

- Saçlarınızı boyayarkən saçınızla alnınızın birləşdiyi yerə sürtün, beləliklə, boya üzünüzdə iz buraxmayacaq.

 

- Quru və çatlamış dirsəkləri yumşaldır.

 

- Ətir vurduğunuz nöqtələrə vazelin çəkmək qoxunun daha qalıcı olmasını təmin edir.

 

- Vazelinin məsamələri tıxaması ilə bağlı bilinənlər yanlışdır. Tam əksinə, daha yumşaq bir dəri üçün üzünüzə, boynunuza və qollarınıza sürtə bilərsiniz.

 

- Gecədən qalan makiyajı təmizləməyi asanlaşdırır.

 

- Göz makiyajının altına, yanaqlarınıza və dodaqlarınıza sürtdüyünüzdə daha parlaq və təzə bir görünüş verəcək.

 

- Saçlarınızın ucları sağlıqsız görünürsə, az miqdarda saçlarınıza sürtün.

 

- Paltarlarınıza bulaşmış kosmetika izi varsa, bunların üzərinə vazelin sürtərək, daha asan çıxmalarını təmin edəcəksiniz.

 

 

LENT

04 May 2018
03 May 2018
02 May 2018
01 May 2018
30 Aprel 2018
28 Aprel 2018