Natavan: “Bədənimi görənlər üçün bu çoxdur...” - ŞOK ETİRAFLAR

“Əvvəl avtomobil sürürdüm, indi isə arxada otururam, sürücü idarə edir. Özü də böyük maşınlar idarə edirdim”.

 

Ailem.az xəbər verir ki, bu sözləri müğənni-bəstəkar Murad Arifin “Popumuz var” proqramının qonağı Natavan Həbibi deyib.

 

Natavan “Özünü seksual hesab edirsən?” sualına belə cavab verib: “Bu mövzuda heç vaxt narahat olmamışam. Qadınların mənə qarşı münasibətindən sonra başa düşmüşəm ki, bu problemdir. Qadınlar bu diqqəti özlərinə qarşı görməyəndə, başqalarına çox görürlər. Mən artıq böyümüşəm. Açıq-saçıq geyinəndə özümü rahat hiss etmirəm. Aygün Kazımova, Madonna bu tərzdə böyüyüblər, belə özlərini rahat hiss edirlər. Amma mən özümə qıymıram. Mənim bədənimi görənlər üçün bu çoxdur”.

 

N. Həbibi nikahdankənar övlad dünyaya gətirmək haqda suala isə belə cavab verib: “Bu mövzuya münasibət bildirmək mənə düşmür. Fikirləşirəm ki, qismətdən asılı olan bir şeydir. Hər bir xanım istəyir ki, rəsmi ailə qursun və övlad dünyaya gətirsin. Alınmayanda özü də, ətrafı da üzülür. Dünyaya gələn uşağın həyatında da problemlər olacaq. Bu məsələyə nə gülə, nə pis, nə də yaxşı baxa bilərəm. Qınaya da bilmirəm, Allah köməkləri olsun. Yaşamamış heç kəsi qınaya bilmərəm. Elə şeylər olub ki, qınamışam, sonra başıma gəlib”.

 

LENT

04 May 2018
03 May 2018
02 May 2018
01 May 2018
30 Aprel 2018
28 Aprel 2018