4 ayda 73 uşaq zorakılığa məruz qalıb

Azərbaycan Uşaq Qaynar Xətt Xidmətinə fəaliyyət göstərdiyi 8 il ərzində 32 000-dən artıq müraciət daxil olub. Yalnız 2018-ci ilin yanvar ayının 1-dən aprel ayının 15-ə qədər 786 müraciət edilib. Bunu Ailem.az xidmətin koordinatoru Gülşən Axundova deyib. O bildirib ki, bu zənglərdən 73-ü məhz zorakılığın müxtəlif növlərinə aid edilən müraciətlərdir. Bunlardan 29-u psixoloji, 2-si cinsi, 42-si fiziki və emosional zorakılıqdır.


Hazırda Azərbaycan Uşaq Qaynar Xətt Xidmətinin Bakı ilə yanaşı, Göygöl regional mərkəzi də fəaliyyət göstərir.

 


Məlumat üçün bildirək ki, Azərbaycan Uşaq Qaynar Xətt Xidməti 2009-cu ildə Təhsil Nazirliyi, Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı və onun katibliyi funksiyasını həyata keçirən “Ümidli Gələcək” Gənclər İctimai Birliyinin əməkdaşlığı əsasında və Azercell Telekom Şirkətinin mühüm texniki və maliyyə dəstəyi ilə, habelə UNİCEF, “Uşaqların Xilası” və “Dünyaya Baxış” beynəlxalq təşkilatlarının dəstəyilə fəaliyyətə başlayıb.

Xidmətinin əsas məqsədi problemlə üzləşmiş hər bir uşağa sosial xidmət göstərmək, psixoloji və hüquqi yardım, emosional dəstək, onun üzləşdiyi çətinliklərin və problemlərin həllinə dair məsləhətlər vermək, müraciətləri digər müvafiq xidmətlərə yönləndirmək və təxirəsalınmaz kömək göstərilməkdir.

Qaynar Xəttin fəaliyyəti 24 saat ərzində 4 mobil telefon (050 680 22 80, 051 880 11 80, 051 580 22 80, 051 880 22 80), 1 şəhər telefonu (012 480 22 80), facebook səhifəsi (https://www.facebook.com/AzerbaijanChildHelpline) və bu yaxınlarda aktiv fəa­liy­­yətə başlayacaq İOS və Android sistemləri üçün nəzərdə tutulmuş mobil əlavə vasitəsilə həyata keçirilir.
 

Azərbaycan Uşaq Qaynar Xətt (AUQX) xidmətinin əsas iş prinsipi məxfilikdir. Uşaq Qaynar Xəttinə daxil olan bütün məlumat məxfi saxlanılır. Yalnız ehtiyac yarandıqda, problemin həlli bunu tələb edirsə və müraciət edən buna razılıq verirsə, onun barəsində məlumat müvafiq təşkilat və şəxslərə ötürülə bilər.


 

LENT

04 May 2018
03 May 2018
02 May 2018
01 May 2018
30 Aprel 2018
28 Aprel 2018