Türkiyəli stomatoloq: “Dişləri yeməkdən dərhal sonra fırçalamayın”

Təzə meyvə, bəzi bitki çayları kimi sağlam qidalarla bərabər turş və ya şəkərli içkilər diş eroziyasına səbəb olur. Aparılan bir araşdırmada, gündə iki dəfədən çox sitrus meyvəsi yeyənlərin yeməyənlərə nisbətən 37 qat daha çox diş eroziyası riski ilə qarşı-qarşıya olduğu ortaya çıxıb. Həmçinin hər gün qazlı içkilər içənlər, həftədə bir neçə dəfə alma sirkəsi və ya enerji içkiləri istifadə edənlər də risk qrupunda yer alır. Bu vərdişlər dişlərdə turşu eroziyası yaranma ehtimalını 4-10 qat daha çox artırır.

 

Ailem.az Türkiyə mətbuatına istinadən bildirir ki, türkiyəli diş həkimi Pertev Kökdemir turş qidalar yedikdən sonra dişləri fırçalamağı məsləhət görmür. Çünki turş içkilər və qidalar, sitrus meyvələri və protein tərkibli içkilər diş minasını yumşaldır: “Bu qidaları yedikdən sonra dişləri fırçalamaq turşunun diş minası üzərindəki təsirini sürətləndirə və alt təbəqəyə aşındıra bilər. Yeməkdə dişlərə yapışan artıqlar qısa zamanda turşuya çevrilir. Yeməkdən dərhal sonra diş fırçalamaq isə o turşunun ağız içində yayılmasına səbəb olur. Turşu diş minasının keyfiyyətini aşağı salır, dözümünü azaldır. Beləcə, dişlər daha da asanlıqla çürüyür. Dişləri yeməkdən dərhal sonra deyil, 1-2 saat sonra fırçalayın. Əslində ən ideal olanı gecə yatmazdan öncə fırçalamaqdır”.

 

 

Həkim dişlərdə problem yaranmamasının sadə üsulunu da göstərir: “Turş bir şey yedikdən sonra turşunu neytrallaşdırmaqdan ötrü ağzımızı su ilə yaxalamalıyıq. Dişlərinizi fırçalama ehtiyacı hiss edirsinizsə, onda ağzınızı çalxalayın və sonra bir stəkan su için. Ondan sonra fırçalayın”.
 

 

LENT

04 May 2018
03 May 2018
02 May 2018
01 May 2018
30 Aprel 2018
28 Aprel 2018