Çalışan qadınlarda dəri qabarması təhlükəsi

İşləyən qadınların uzun müddət ayaq üstə qalması ortopedik və dermotoloji problemlər yaradır.

Ailem.az-ın məlumatına görə, bu problemlər daha çox müəllimə, həkim, tibb bacısı kimi çalışan qadınlarda özünü biruzə verir. Çüni bu sahələrdə çalışan xanımlar uzun müddət ayaq üstdə qalırlar. Bu cür ağır iş rejimi olan qadınların yaşadığı narahatlıqlardan biri də dəri qabarmasıdır. Həmin qadınlar ayaq barmaqlarına daha çox diqqət yetirməlidirlər.

Geyinilən ayaqqabılar vücud duruşunu təmin etdiyindən tam ortopedik ayaqqabılar çalışan qadınlar üçün daha məsləhətlidir. İti uclar, hündür dabanlar şık görünmək üçün vaz keçilməz olsa da, ayaqdakı ziyil, batıq, göbələk xəstəliyi və dəri qabarması riskini artırır. Ona görə də həftənin heç olmasa bir günü ortopedik ayaqqabı geyinmək lazımdır. Bu cür ayaqqabılar və daimi tibbi qulluq adını çəkdiyimiz problemlərin qarşısını almağa kömək edəcək. 

LENT

04 May 2018
03 May 2018
02 May 2018
01 May 2018
30 Aprel 2018
28 Aprel 2018